Paylaş
Facebook Twitter Google+

Yaxşı ailə necə olmalıdır?

Ramal Əmiraslanov

2018-02-10 08:46:23 3367 Məqalələr

Yaxşı ailə - o ailədir ki, ailə üzvləri bir-birinin ehtiyaclarını təmin edərlər, nəinki bir-birinə dözərlər.

Bu, doğrudur ki, müasir texnologiya dövründə fəsad get-gedə artmaqdadır. Ancaq əgər uşaqlarımızı yaxşı tərbiyə edə bilsək və öz ehtiyaclarımızı ailədə təmin edə bilsək, bu fəsadlar bizə təsir edə bilməz. Çünki bu ailə üzvlərinin ehtiyacı olan hər şey təmin olunmuşdur.

Yaxşı tərbiyə almış qız övladı küçəyə çıxan zaman əgər kimsə ona desə ki, mənim səndən xoşum gəlir, ona deyər ki, necə də ədəbsiz insandır.

Məgər insan indiyə qədər görmədiyi birinə belə söz deyə bilərmi? Bu sözdən nəinki sevinməz, əksinə narahat olar.

Yaxşı ailədə böyümüş cavan oğlan heç bir qıza əyri gözlə baxmaz. Əgər kiməsə yardım lazım olarsa, onu abır və həya ilə yerinə yetirər.

Ona görə də yaxşı ailənin standartları yüksəkdir. Yaxşı ailə - o ailədir ki, orada sevgi olmalıdır, hər bir ailə üzvünün ruhi sağlamlığı yerində olmalıdır. Ailə üzvləri bir-birinin ehtiyaclarını təmin etməlidirlər. Nəyin pis və nəyin yaxşı olduğunu həqiqətən dərk etməlidirlər. Yəni, ehtiyacı olan sevgi və məhəbbəti küçələrdə axtarmamalıdır və adını da eşq qoymamalıdır.

İmam Sadiq (ə) buyurur: “O kəsin ki, qəlbi Allah zikrindən boş olar, Allah onun qəlbinə Allahdan qeyrisinin sevgisini salaraq, cəzalandırar”./Deyerler.

 

Bənzər Olanlar