Paylaş
Facebook Twitter Google+

Duanı təsirli edən 10 amil və duanın yerinə yetməsinə yardım edən 10 nöqtə

Ramal Əmiraslanov

2018-05-12 20:16:55 2526 Məqalələr

Duanın yerinə yetməsi üçün bəzi amillərə riayət etmək lazımdır. O cümlədən:

1. Təharətli və dəstəmazlı olmaq.

2. Üzü qibləyə olmaq.

3. Günahlarını etiraf etmək.

4. Qohumları və dərdə olanları yada salmaq.

5. Allaha və Onun sifətinə etiqad bəsləmək.

6. Allaha hüsnü-zənn bəsləmək.

7. Müti olmaq və dediklərinin mənasına diqqət etmək.

8. Duanın mənasına görə təfəkkür etmək.

9. Batini pisliklərdən təmizlənmək.

10. İxlas.

 

Dua edən zaman bu amillərə diqqət edilsin:

1. Diqqət edərək dua etmək. Dua edən gərək Xaliqə və Allaha diqqət edərək dua etsin. İnsan əgər dediyi duaların mənasına diqqət etməsə və diqqəti Allahda olmasa, duasının yerinə yetməsini gözləməsin. İmam Sadiq (ə) buyurur: “Allah Təala qəlbi qafil olanın duasını yerinə yetirməz. Ona görə də dua edən zaman bütün varlığınla üzünü Allaha tərəf çevir və ondan sonra yerinə yetəcəyinə yəqinliyin olsun”.

2. Pak qəlblə dua etmək. O qəlb ki, şeytani vəsvəsələrlə doludur və nəfsani istəklər onu mühasirəyə almışdır – Allahla lazım olan kimi rabitə qura bilməz. O zaman ki, qəlb günahı istəyər, dilə bir neçə xeyir dua gətirmək sadəcə yalan olar. Belə ki, Əmirəl-möminin (ə) buyurur: “Ən üstün dua odur ki, pak və təqvalı qəlbdən çıxar”.

3. Xof və rica ilə bir yerdə olan dua. Əgər dua diqqətlə olarsa və həm də xofla birlikdə olarsa, duasının yerinə yetməsinə yardım edər. Eyni zamanda dua edən zaman Allahın fəzl və kərəminə etimad edərək, duasına ümid etsin. Çünki Allah buyurur: “Onu qorxu və ümidlə çağırın ki, həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır”. (“Əraf” 56).

4. Zəlil halda dua etmək. İnsanın nəyi varsa – Allahdandır. İnsanın cismindən tutmuş, bütün ailə üzvlərinə və var-dövlətinə qədər hamısı Allahın mülküdür. İnsan bu həqiqəti dərk edərək, əgər zəlil halda dua edərsə - duası qəbul olar. İmam Sadiq (ə) buyurur: “Allah Təala Musaya (ə) vəhy edir: “Ey Musa! O zaman ki, Mənim dərgahımdasan zəlil və yoxsul bəndə kimi ol!””.

5. Allaha xoş güman bəsləmək. Bəndələrin hacəti hər nə qədər böyük olsa da, Allah üçün yerinə yetirməsi zəhmətli olmaz. Ona görə də yaxşı olar ki, insan dua edən zaman duasının yerinə yetməsinə xoş güman bəsləsin. Necə ki, İmam Sadiq (ə) buyurur: “O zaman ki, dua etdin – həmin zaman düşün ki, hacətin yerinə yetmişdir və hazırdır”.

6. Dua edən zaman təkid edin. İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, bəndə öz hacətində təkid edərsə, Allah hacətini yerinə yetirər”.

7. Əlləri qaldırmaq. İmam Hüseyn (ə) buyurur: “Allahın Rəsulu (s) dua edən zaman yemək istəyən bir yoxsul kimi əllərini yuxarı qaldırardı”.

8. Duanı ümumi etmək. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, insan dua edər, ona ümumilk versin. (Yəni, başqaları üçün də dua etsin). Çünki duanın yerinə yetməsinə səbəb olar”.

9. Xəlvətdə dua etmək. Allah buyurur: “Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən O, həddi aşanları sevmir”. (“Əraf” 55).

10. Cəm halında dua etmək. İmam Əli (ə) buyurur: “Allahın əli həmişə camaatla birlikdədir”./Deyerler.

Bənzər Olanlar