Paylaş
Facebook Twitter Google+

Ramazan ayında baş vermiş mühüm hadisələr və əlamətdar günlər

Ramal Əmiraslanov

2018-05-17 12:00:03 2366 Məqalələr

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran, ramazan ayında nazil edilmişdir." (Bəqərə-185)

 

İslaminSesi.info - Allah Təalanın xeyir bolu ayı bizə doğru gəlmişdir. Bu ayın hər saatı, hətta hər anı mömin üçün ibadət sayılır. Hətta hədislərdə qeyd olunub ki, bu ayda möminin yuxusu belə ibadətdir. Bu səbəbdən ramazan ayı bərəkət dolu ay hesab olunur.

 

Qurani Kərim bu ayda, qədr gecəsində nazil olub. Quranın bu ayda, bu gecədə nazil olmasını açıq şəkildə bəyan edən surə (Qədr) və ayələr vardır:

 

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran, ramazan ayında nazil edilmişdir." (Bəqərə-185)

 

Ramazan ayı hicri təqviminin 9-cu ayıdır.Digər aylarda olduğu kimi bu ayda da bəzi mühüm hadisələr baş vermişdir:

 

1.İmam Rzanın (ə) vəli-əhd elan edilməsi -7 (251-ci ili)

2. Həzrət Xədicənin vəfatı -10 (besətin 10-cu ili)

3. İmam Həsənin (ə) doğum günü -15 (hicrətin 3-ü)

4. Bədrsavaşı -17 (hicrətin 2-ci ili )

5. Qədr gecələri (19-21-23)

6. Məkkənin fəthi - 20 (hicrətin 8-ci ili)

7. Həzrət Əlinin (ə) şəhadəti -21 (hicrətin 40-cı ili)

 

 

 

Bənzər Olanlar