Paylaş
Facebook Twitter Google+

Peyğəmbərimizin (s) oxuduğu Quran və hidayət olmayan müşrikin əhvalatı

Ramal Əmiraslanov

2018-12-04 12:16:07 488 Məqalələr

Vəlid ibni Müğeyrə Həzrət Peyğəmbər (s) əsrinin tanınmış zənginlərindən və zirək insanlarından idi. O, Peyğəmbəri (s) məsxərə edən müşriklərdən  biri idi. Bir gün Həzrət (s), Kəbənin kənarında əyləşmişdi və Quran ayələri oxuyurdu. Müşriklər Vəlidin yanına gəlir və deyirlər: “Ey Əbu Əbd Şəms! Muhəmmədin (s) dedikləri şeirdir, yoxsa sehrdir?”.

 

O, cavabında deyir: “Məni öz başıma buraxın ki, Muhəmmədin (s) sözlərini öz qulağımla eşidim”.

 

Özünü Həzrətə (s) yaxınlaşdırır və deyir: “Ya Muhəmməd! Şeirlərindən mənim üçün oxu”. Həzrət Peyğəmbər (s) buyurur: “Bu sözlər şeir deyildir, Allahın kəlamıdır ki, Allahın mələkləri, peyğəmbərləri (ə) və rəsulları (ə) onu bəyənmişdilər”.

Vəlid deyir: “Ondan bir qədərini mənim üçün oxu”.

 

Həzrət Peyğəmbər (s) “Fussilət” surəsinin ilk ayələrini oxuyur. O zaman ki, surənin bu yerinə çatır: “Beləliklə əgər üz döndərsələr, de: «Sizi Ad və Səmudun (bu qövmlərin) ildırımı kimi bir ildırımla (göydən gələn qorxunc nərə, od və külək kimi ölümə səbəb olan bəla ilə) qorxutdum»”. (13).

Bu ayəni eşidən zaman Vəlidin tükləri biz-biz olur. Tez ayağa qalxıb, evinə gedir.

 

Müşriklər Əbu Cəhlin yanına gedir və deyirlər: “Ey Əbu Cəhl bil ki, Vəlid, Muhəmmədin (s) dininə iman gətirmişdir. Məgər görmürsənmi ki, artıq bizim yanımıza gəlmir?”.

Əbu Cəhl, Vəlidin yanına gedir və deyir: “Sən Muhəmməd (s) dinini qəbul etmisən?”.

Vəlid deyir: “Onun dinini qəbul etməmişəm, ancaq ondan möhkəm sözlər eşitmişəm ki, bədənin dərisini titrədir”.

 

Əbu Cəhl deyir: “Bu sözlər xütbədir?”.

Vəlid deyir: “Xeyr, xütbə bir-birinə qoşulan sözlərdən olur. Ancaq Muhəmmədin (s) sözləri belə deyildi. Onların bir-birinə bənzərliyi yox idi”.

 

Əbu Cəhl soruşur: “Bəlkə o sözlər şeir idi?”.

Vəlid deyir: “Xeyr, mən ərəblərin şeirlərini çox eşitmişəm, bu sözlər şeir deyildi”.

 

Əbu Cəhl deyir: “Bəs nədir?”.

Vəlid deyir: “Məni öz başıma burax ki, bu haqda düşünüm”.

 

O günün sabahı olan kimi müşriklər Vəlidə deyirlər: “Nəhayət nəzərin nədir?”.

Vəlid deyir: “Deyin ki, o sözlər sehrdir, çünki qəlblərə əyləşir və insanı özünə cəlb edir”. (Həvzəh)

 

Bax, bu cür cahil və tərs insanlar, heç bir ibrət və hikmət qəbul etmirdilər və etmirlər...

Qurani-Kərim bu cahil haqda buyurur: “Həqiqətən, o, (Quran barəsində) fikirləşdi, Ölçdü-biçdi. Ölüm olsun ona! Necə ölçdü-biçdi!”. (“Muddəssir” 18-19).Deyerler.

 

Bənzər Olanlar