Paylaş
Facebook Twitter Google+

Allaha yaxınlaşmaq əzmində olanlar üç yoldan birini seçməlidir!

Ramal Əmiraslanov

2018-01-30 12:36:20 183 Məqalələr

Saleh insanlar və saleh cəmiyyətlə rabitənin zərurəti

İnsan ictimai bir varlıqdır. Onun həyatı başqaları ilə rabitələrsiz ötüşmür. Allah-təala insanı öz həmnövləri ilə maddi və mənəvi rabitələrə ehtiyaclı xəlq etmişdir. Tənha, cəmiyyətdən uzaq yaşamaq istəyən insan nə maddi, nə də mənəvi baxımdan inkişaf edə bilər. Çünki maddi həyat başqalarının elm və təcrübəsindən istifadə ilə davam edir. İnsan dini məclislərdə iştirak etmədən, moizə və nəsihətlərdən faydalanmadan mənəvi baxımdan inkişaf edə bilmir. Demək, mənəvi baxımdan təkamül üçün də ictimai rabitələrə ehtiyac var. İnsanlar ictimai rabitələri qırıb həmkarlıqdan çəkinsələr hansısa mənəvi təkamüldən danışmağa dəyməz. Şübhəsiz ki, əgər cəmiyyətdə saleh insanlar varsa ictimai rabitələr faydalıdır. Saleh insanlarla rabitələr gücləndikcə insan kamilləşir.

Kimsə öz həyatını tənhalıqda keçirə bilmir. O ictimai rabitələrə qatılmağa məcburdur. Təbii ki, cəmiyyətdəki fərdlər əxlaq və etiqad baxımından eyni səviyyədə olmur. Cəmiyyəti ümumi şəkildə iki qrupa bölmək olar: Allaha bəndəlik yolunu tutub onun razılığına uyğun yaşayanlar və dini dəyərlərə biganə insanlar. İkinci qrupdan olanlar zahirən dini prinsipləri qəbul etsələr də dünyaya bağlılıq səbəbindən həyatlarında dini ölçüləri gözləmirlər. Onlar bəzən rəsmi şəkildə haqlı olmadıqlarını etiraf edir, bəzən də öz etiqad və əməllərinə don geyindirməyə çalışırlar.

Saleh olmaq istəyənlər, ilahi dəyərlərə əməl etməyə çalışanlar, Allaha yaxınlaşmaq əzmində olanlar üç yoldan birini seçməlidir. Birinci yol budur ki, insan yalnız zəruri məqamlarda cəmiyyətlə rabitə saxlayıb, imkan həddində bu rabitələrdən çəkinsin. İkinci yol budur ki, bütün ətrafla rabitəyə qatılıb hər addımda özünü azğınlıqdan gözləsin. Üçüncü yol budur ki, insan saleh insanlarla rabitə saxlasın. Ən münasib yol da budur. Bu yolu seçən insan saleh insanlarla rabitəyə önəm verir, başqaları ilə yalnız zəruri hallarda və onların təlim-tərbiyəsi məqsədi ilə görüşür./Ahliman.info

Bənzər Olanlar