Paylaş
Facebook Twitter Google+

Dilini, pulunu qorumağa çalışdığın kimi qoru

Ramal Əmiraslanov

2018-01-07 10:37:17 267 Məqalələr

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Faydası olmayan şeyi tərk et və sənə faydası olmayan sözü danışma. Dilini, pulunu qorumağa çalışdığın kimi qoru”.

Günahdan qorunmaq istəyən şəxs bunun üçün özünə müəyyən hədd, çərçivə təyin etməlidir: “Uçuruma tərəf hərəkətdə olan adam, bir gün oraya düşəcəyini də bilməlidir”.

 

Günahdan özünü gözləmək istəyən şəxs günah üçün zəmin və müqəddimə olacaq şeylərdən çəkinməli və bəzi mübah işləri tərk etməlidir ki, sonda günah uçurumuna yuvarlanmasın. Misal üçün əgər özünü naməhrəmə və ona haram olan şeylərə baxmaqdan gözləmək istəyir və bu işi tərk etməyə çalışırsa, özünün bəzi məhrəmlərinə baxmasın. Haram musiqiyə qulaq asmaq istəmir və bu adəti tərk etmək istəyirsə, bunun üçün əvvəldə halal musiqilərdən də uzaqlaşmalıdır. Əgər yalanı, qeybəti tərk etmək istəyirsə, qeybət və yalan ehtimal verdiyi söhbətlərə qatışmamalıdır. Əlbəttə, insanın onu günah işlərə sövq etməsi mümkün olan bütün mübah işlərdən özünü gözləməsi, xüsusən də bu yolda təzə qədəm götürmüş adam üçün çox çətin bir işdir. Amma təkamül mərhələsinə qədəm qoymuş kəslər, istəsələr də, istəməsələr də bu mərhələni keçməlidirlər.

Peyğəmbər (s) Əbuzərə mənasız və bihudə şeylərdən uzaq olmağı tapşırır. Necə ki, Quran insanın nicatını bihudə işlərdən uzaqlaşmaqda görür:

minlər nicat tapdılarO kəslər kinamazlarında qüsursuzdurlar  okəslər kinasız  bihudə işlərdən uzaq gəzərlər  [1].

Nicat tapmaq istəyən bir kəs mənasız və ona faydası olmayan işlərdən özünü gözləməlidir. Ona faydası olmayan sözü deməməli, öz güc və enerjisini faydalı və səmərəli işlərə sərf etməlidir.

Peyğəmbərin (s) Əbuzərə başqa bir öyüdü, ona faydası olmayan söhbətlərdən pəhriz etməsidir. İnsan öz danışığına, dilinə diqqət etməli, ona nə xeyir, nə də zərəri olan adi söhbətlərdən çəkinməyə səy göstərməlidir. Çünki bəzən ağızdan çıxan bir söz, insanı dünya və axirətində ciddi problemlərlə üzləşdirir. Rəvayətlərdə insanın öz dilinə yiyələnməsi barədə edilən çoxlu sayda öyüd-nəsihətlər, lazımsız və ya heç bir aidiyyəti olmayan söhbətdən çəkinməyi insana tövsiyə etmək ona görədir ki, hərdən insan öz dilini idarə edə bilmir, yalan danışıb qeybət etməklə və ya başqalarını məsxərə etməklə, dilinin bəlasına düşür. Bu cəhəti nəzərə alaraq, bəzi alimlər səy göstərib, imkan daxilində sükut etməyə çalışmışlar.

Peyğəmbər (s) buyurur: “Öz pulunu, cəvahiratını qorumağa çalışdığın kimi, dilini də qorumağı çalış”.

Öz pulunu sandığa qoyub ağzını möhkəm bağlayıb etibarlı bir yerdə necə saxlayırsansa, dəyəri qat-qat puldan artıq olan dilini də o cür saxla. Allah insanın dili üçün hasar və qoruyucu zireh təyin etmişdir. Belə olan surətdə səy et ki, onu azad buraxmayasan. Hətta faydası olmayan mübah sözdən belə uzaq ol. Çünki boş yerə öz enerjini xərcləmiş olursan və bu gedişlə yavaş-yavaş anlaşılmazlığa, məkruh işlərə və nəhayətdə, harama və kəbirə günahlara sürüklənirsən. Məgər, başqası haqqında söhbət etməklə, onun qeybətini etmək arasında nə qədər fasilə vardır?

Mübah söhbətlə, Kəbə evində öz məhrəmi ilə yetmiş dəfə zinadan daha murdar iş olan qeybət arasında elə də fasilə yoxdur. Biz yavaş-yavaş bu fasiləni aradan qaldırır və kəbirə günaha mübtəla oluruq./Ahliman.info

[1] “Muminun” surəsi, ayə 1-3.

 

Bənzər Olanlar