Paylaş
Facebook Twitter Google+

Günahlardan xilas olmağın ən gözəl yolu – Həzrət Əlinin (ə) dili ilə

Ramal Əmiraslanov

2018-02-07 09:27:05 3443 Məqalələr

İnsana ancaq öz səyi qalar! (Nəcm-39)

 

İslaminSesi.info- İnsanın əməlləri yaxşı və pis, günah və savab kimi qismlərə ayrılır. Bu cür ayrılmalar mənəviyyatdan qaynaqlanan ayrılmalardır. Hər kəsin özünə məxsus düşüncə və mənəvi potensialı olduğu üçün, hər kəsin özünə məxsus pis və yaxşısı vardır.

 

Müdriklər insanı daxılındə qaynama baş verən buxar maşınına bənzədiblər. İnsanın daxılındə daima enerji vardır. Bu enerji onu hərəkətə, yaşamağa sövq edir. Ona yaşam gücü verir. İnsana fikir, düşüncə, niyyət, məqsəd, hədəf seçmək və bu kimi digər istiqamətlər təyin etməkdə güc mənbəyi olur. Daxili gücdən qaynaqlanan bütün bunlar müxtəlif ad və formalarda təqdim olunur. Quran buna səy deyir:

 

وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ  İnsana ancaq öz səyi qalar!  (Nəcm-39)

 

İnsanın səyi onun bütün əməl, niyyət və cəhdlərini əhatə edir. Enerji mənbəyi olan insan öz enerjisini hara sərf etməyinə nəzarət etməsi üçün öz “səyinə” nəzarət etməlidir.

 

Həzrət Əli (ə) öz kəlamında insanın öz gücünü, enerjisini xeyrili işlərə sərf edib, günahlar müqabilində əzmlə dayanması üçün insanın öz “səyinə” nəzarəti vacib bilir və bu nəzarəti günahlar qarşısında sipr, qalxan adlandırır.

 

İmam (ə) buyurur: “Əgər sən nəfsini məşğul etməsən, o səni özü ilə məşğul edər.”

 

İnsan bütün güc və səyini xeyir işlərə sərf etməlidir. Əgər öz güc və enerjisini xeyrə işlətməsə, bu enerji xeyirsiz yerlərə sərf olar. Bu xeyirsiz, faydasız işlər onu Allahın rizasından məhrum edib, İlahi xeyir bərəkətdən nəsibsiz edər.

 

Özünü, nəfsini günah və faydasız işlərdən qorumağın ən yaxşı yolu faydalı və savab işlərlə məşğul olmaqdır.

 

 

Bənzər Olanlar