Paylaş
Facebook Twitter Google+

HZ PEYĞƏMBƏR (S) HZ ƏLIYƏ (Ə) RAMAZAN AYININ DƏYƏRI HAQDA NƏLƏR BUYURMUŞDUR?

Ramal Əmiraslanov

2018-05-15 15:23:39 1472 Məqalələr
  • Bir gün Peyğəmbərimiz Ramazan ayının üstünlüklərindən danışarkən Həzrət Əli əleyhissalam qalxıb soruşur: \"Bəs, bu ayda yerinə yetirilməsi ən çox savab olan əməl hansıdır?\". Peyğəmbər cavab verir: \"Allahın qadağan etdiyi işlərdən çəkinmək\".

    - \"Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur\".

    - \"Oruc - cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir\".

    - \"Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin\".

    - \"Müsəlman şəxsin oruc tutması Şeytanın üzünü qara edər\".

    - \"Oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə - Allahın mərhəmətinin şahidi olanda\".

    - \"Allah-təala buyurub: \"Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm\".

    - \"Canım ixtiyarında olan Allaha and olsun ki, oruc tutan adamın ağzının iyi Allah yanında müşk ətrindən daha üstündür\".

    - \"Oruc tutun ki, sağlam olasınız\".

    - \"Əsil yazıq şəxs odur ki, Ramazan ayında günahlardan bağışlanma fürsətini əldən vermiş olsun\"./ixlas

 

Bənzər Olanlar