Paylaş
Facebook Twitter Google+

Quran və hədislərə əsasən Mutəhhərun kimlərdir?

Ramal Əmiraslanov

2020-01-07 08:46:13 923 Məqalələr

“Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Qur’anın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər”. (“Vaqiə” 79).

 

Bu ayənin həm zahiri və həm də batini mənaları vardır. Zahiri mənası odur ki, paklardan qeyrisi ona toxuna bilməz. Ayənin zahiri deyir ki, əgər Quran oxumaq və ona toxunmaq istəyirsənsə, gərək təharətli və pak olasan, dəstəmazlı olasan.

 

“Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qur’andır.

(O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir”. (“Vaqiə” 77-78).

 

Ayənin batini mənası isə budur ki, pak olmayanların, örtülü olan bu yazıya əlləri çatmaz. Örtülü olan bu Qurana ancaq paklar əl vura bilər.

 

Bəs paklar dedikdə nə nəzərdə tutulur?

 

Şübhəsiz ki, paklar deyildikdə Məsumlar (ə) nəzərdə tutulur. Ona görə də toxunmaq sözü burada zahiri mənada olduğu kimi deyildir. Paklar deyildikdə, o kəslər nəzərdə tutulur ki, “Təthir” ayəsi onların barəsində nazil olmuşdur.

 

Allah buyurur: “Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə)hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33).

 

Əllamə Təbatəbai bu ayənin təfsiri barəsində buyurur: “Qurani-Kərim hər bir bidətdən qorunmuşdur. Çünki elə kitabdır ki, Lövhi-məhfuzda qeyd olunmuşdur”. (Həvzəh)

 

Beləliklə deyə bilərik ki, mütəhhərun o kəslərdir ki, Allah qəlblərini hər cür pislikdən və günahdan pak etmişdir. Bu insanlar hər bir xəbis sifətlərdən pak və təmizdirlər. Onlar mələklər qədər təmiz və pakdırlar./Deyerler.

 

Bənzər Olanlar