Paylaş
Facebook Twitter Google+

Pak cənazəsi ətrafı xoş ətirə bürüyən qara dərili Kərbəla şəhidi – Cəun ibn Huva

Ramal Əmiraslanov

2018-10-07 08:13:53 2801 Məqalələr

Məhərrəm ayının 20-si, Kərbəlanın qara dərili, cəsur şəhidinin dəfn olunduğu gündür.

 

İslaminSesi.info – Mütəal Allah, Qurani Kərimdə buyurur: Sizin Allah yanında ən üstününüz ən təqvalı olanınızdır (imanlı və əxlaqlı).

 

 İsalmın əsas prinsiplərindən biri insanlar arasında irqinə, cinsinə, milli mənsubuyyətinə fərq qoymadan ədalətə riayət etməkdir. İslam dini ideoloji bir məktəb olaraq insanlar arasında ədalətlə rəftar etməyi, hər növ milli, irqi təəssübkeşlikdən uzaq olmağı, insanları zahiri görünüşünə görə xor görməməyi öyrədir.

 

 İnsana dəyər qazandıran, onu dünya və axirətdə səadətə çatdıran iman və əxlaqdır. İnsanın əməlləri isə imanın, Allaha bağlılığın təzahürü, göstəricisidir. Deyə bilərik ki, Kərbəla vaqiəsi bir əməl olaraq bütün bu keyfiyyətləri özündə cəm edən eşq məktəbidir. Bu məktəb dilindən, dinindən, irqindən aslı olmayaraq, qəlbində zərrəcə imanı olan kər kəsi özünə cəzb edir.

 

Bu cazibəyə müsbət reaksiya şəxslərdən biri də Cəun ibn Huvadır. Cəunun  Əhli beytə (ə) olan bağlılığı ona İmam Hüseynlə (ə) birgə şəhid olma şərəfini nəsib eylədi.

 

Cəun Fəzl ibni Abbas ibni Əbdül-Mütəllibin nökəri idi. İmam Əli (ə) onu alıb, Əbuzəri Qəffariyə bağışlamışdı. Əbuzər üçüncü xəlifə tərəfindən Rəbəzəyə sürgün olunanda Cəun da onunla birgə idi. Əbuzər dünyasını dəyişdikdən sonra o, İmam Əlinin (ə) yanına qayıdır və ömrünün sonuna kimi Əhli-Beytdən (ə) ayrılmır.

 

Cəun silah düzəltməkdə məharətli idi. Aşura gününün axşamında o silahları hazırlayırdı. Aşura günü o da Kərbəlada İmam Hüseynlə (ə) birgə şəhid olur.  Deyilir ki, Cəun Aşura günündə döyüşə yollananda İmam əvvəl ona icazə vermədi. Lakin o İmama (ə) dedi: “Allaha and olsun istəyirəm mənim qanın sənin qanınla qarışsın”

 

Cəun şəhid olanda İmam Hüseyn (ə) onun başı üstünə gəldi. İmam onun cansız cəsədinə baxıb dedi:

 “İlahi onun üzünü ağ elə! Onun bədənini ətirli elə! Onu yaxşılarla məhşur et!”

 

Rəvayətlərə görə onun cəsədi on gündən sonra tapılanda ondan cəsəd xarab olmamışdı, əksinə şəhidin mübarək bədənindən qeyri adi, valehedici ətir iyi gəlirdi. Əllamə Məclisi yazır ki, Cəunun nəşi 10 gün sonra Kərbəlada tapıldı və onun nəşi İmam Hüseynin (ə) ayağ tərəfdə dəfn edildi.

 

 Cəunun adı “Ziyarətuş-Şuhəda”ziyarətnaməsində də gəlibdir: “Əssəlamu əla Cəunin məvla Əbizərrinil-Ğəffari”/Yaşar Nuriyev

 

 

Bənzər Olanlar