Paylaş
Facebook Twitter Google+

Necə oldu ki, Salman hər gecə bir Quran xətm edib, bütün ömrü boyu oruc tuturdu?

Ramal Əmiraslanov

2020-02-11 11:06:35 325 Məqalələr

Bir gün Peyğəmbər (s) səhabələrinə buyurur: “Sizlərdən kim bütün ömrü boyu oruc tutmuşdur?”.  Salman deyir: “Mən”.  Həzrət (s) buyurur: “Sizlərdən kim bütün ömrü boyu gecə ibadəti etmişdir?”.  Salman deyir: “Mən”.  Həzrət (s) buyurur: “Sizlərdən kim hər gecə bir Quran xətm edir?”.

Salman deyir: “Mən”.  Bu sözlərdən sonra səhabələrdən biri çox qəzəblənir və Həzrət Peyğəmbərə (s) deyir: Ya Rəsulallah (s)! Salman – bir əcəmdir və biz Qureyş tayfasının qarşısında fəxrlənmək istəyir.

Siz buyurdunuz ki, kim bütün ömrü boyu oruc olmuşdur, halbuki Salman günlərin çoxunda yemək yeyir.
Siz buyurdunuz ki, kim gecə oyaq qalır, Salman dedi mən. Halbuki o, gecənin çox hissəsini yatır.

Buyurdunuz ki, kim gecəni bir Quran xətm edir, Salman dedi mən. Halbuki günün çox hissəsində sakit durur. (Yəni, heç bir iş görmür).

Həzrət (s) buyurur: “Sükut et! Sən hara, Loğman Həkim hara? Salmanın özündən soruş, səni agah etsin”.
Bu zaman həmin kişi üzünü Salmana çevirir və deyir: “Ey Salman! Sən demədimmi ki, bütün günləri oruc olursan?”.

Salman deyir: “Bəli, mən demişəm”.

Kişi deyir: “Axı sən günlərin çoxunda yemək yeyirsən?!”.

Salman deyir: “Bu, sən güman etdiyin kimi deyildir. Mən hər ayda üç gün oruc tuturam. Allah Təala buyurmuşdur: “Hər kim yaxşı əməl yerinə yetirərsə, onun on bərabəri qədər mükafatı vardır”.
Bundan başqa, Şəban ayından Ramazan ayına qədər oruc tuturam. Bu yolla mən bütün ömrü boyu oruc tutanlardan oluram”.

 Kişi deyir: “Sən demədimmi ki, bütün gecəni ibadət edirsən və oyaq qalırsan?”.

Salman deyir: “Sən fikirləşdiyin kimi deyildir. Mən dostum Peyğəmbərdən (s) eşitmişəm ki, buyurur: “Hər kim dəstəmazlı halda yatar, sanki bütün gecəni əhya saxlamışdır və ibadətlə məşğul olmuşdur”. Mən də hər gün dəstəmazlı halda yatıram”.

Kişi deyir: “Sən demədimmi ki, hər gecədə bir Quran xətm edirsən?”.

Salman deyir: “Bəli, ancaq sən düşündüyün kimi deyildir. Çünki mən məhbubum Peyğəmbərdən (s) eşitmişəm ki, Əliyə (ə) buyurubdur: “Ey Əli! Sən mənim ümmətim arasındakı yerin “Tövhid” surəsi kimidir.

Hər kim onu gündə bir dəfə oxuyarsa, Quranın üçdə birini oxumuş kimi olar.   Əgər iki dəfə oxuyarsa, Quranın üçdə ikisini oxumuş kimi olar.

Əgər üç dəfə oxuyarsa, bütün Quranı oxumuş kimi olar”. (Hədənə)  Bu zaman etiraz edən insan susdu, sanki ağzına daş yığılmış kimi…/Deyerler.

Bənzər Olanlar