Paylaş
Facebook Twitter Google+

Ayətullah Misbah Yəzdidən din xadimlərinə mühüm tövsiyələr

Ramal Əmiraslanov

2018-01-07 10:48:11 1835 Məqalələr

"Alimlər öz əməlləri ilə insanlara yol göstərməlidir. Çünki insanlar sözdən çox əməldən təsirlənirlər. Əslində alimlər davranışları ilə insanlara nəyin dəyərli olduğunu anladırlar. Sözü ilə axirətdən danışan, əməli ilə dünya arxasınca qaçan bir alim axirətin dünyadan daha dəyərli olmasını anlada bilməz...”

 

İslaminSesi.info- Şafaqna saytı İmam Xomeyni Araştırma Mərkəzinin Sədri Ayətullah Misbah Yəzdi son zamanlarda təkrarlanan şübhələrə diqqət çəkərək buyurub: “İnsanların zehinlərini qarışdıran suallara onların dərk edə biləcəkləri tərzdə cavab vermək lazımdır. Elm sahəsindəki cihadın savabı döyüş meydanlarındakı cihadın savabından az deyil. Xüsusən də müxtəlif sahələrdə nüfuz qazanmış alimlərin bu mövzuda sistematik şəkildə səy etmələri çox önəmlidir.”

 

İmam Xomeyni Araştırma Mərkəzinin şəhid alimlərin anılması məqsədi ilə təşkil edilmiş məclisdə Ayətullah Misbah Yəzdi sözünə belə davan etdi: “Son zamanlar birsıra şübhələr ortaya atılmaqdadır ki, bunlara cavab vermək, zehinlərdəki şübhələri aradan qaldırmaq lazımdır. Məsələn şəhadət və Allah yolunda öldürülmək haqqında bəzi şübhələr ortaya atılmaqda, niyə Allah bu dünyanı qan tökülməyən və heç kimə haqsızlıq edilməyən bir yer kimi yaratmadı ? kimi suallar verilir... Bunlara cavab verilməlidir.

 

Əlbəttə bu mövzuları əhatələndirən çoxlu kitab və məqalələr qələmə alınıb. Lakin bu şübhələr yenə də fərqi şəkildə, fərqli rənglərdə dilə gətirilir. Bunun üçün bu şübhələri anlaşılan şəkildə cavablamaq  lazımdır. Qurana görə Allahın saleh bəndələrinin ən barız özəlliyi təvazökarlıq və alçaq könüllü olmalarıdır. Onlarda təkəbbür yoxdur, pis və qəlb qırıcı sözlər yoxdur. Bunlar təkcə imamlarımızın deyil, Allahın bütün saleh qullarının mövcud xüsusiyyətləridir”.

 

Ustad insanları hidayət və doğru yola dəvət etmədə ən təsirli yolun əməl olmasına işarə edərək davam etdi: Alimlər öz əməlləri ilə insanlara yol göstərməlidir. Çünki insanlar sözdən çox əməldən təsirlənirlər. Əslində alimlər davranışları ilə insanlara nəyin dəyərli olduğunu anladırlar. Sözü ilə axirətdən danışan, əməli ilə dünya arxasınca qaçan bir alim axirətin dünyadan daha dəyərli olmasını anlada bilməz...”

 

İnsanın niyyət və heysiyyətinin sondərəcə önəmli olmasını varğulayan alim buyurdu: İslam dininə görə bir işin fəziləti (dəyəri) işin özü ilə yanaşı, iş görənin də gözəl olmasına bağlıdır. Yəni təkcə işin gözəl olması kifayət etmir. Həmçinin niyyət də gözəl olmalıdır. Dolaysıyla son zamanlar eşitdiyim bu söz məni çox üzür: “Şəhidlərimiz torpaqlarımızı və vətənimizi qorumaq üçün canlarını fəda etdilər”... bu doğru deyil. Bu Marksist bir yanaşmadır. Yaxud “Hər şey vətənə fəda olsun” kimi sloqanlar eşidirik, bu da doğru deyil”.

 

Qeyd edək ki, ustadın vurğuladığı mətləb Allahın rizasının hər şeydən öndə gəlməsidir. Dünya və onun sərvətləri  Allahın rizasından önə keçməsin. Sevilməsi vacib olanlar Allah vacib buyurduğu üçün sevilsin. Dəyərlər Allah bizə dəyərli etdiyi üçün sevilsin.

Bənzər Olanlar