Paylaş
Facebook Twitter Google+

Hətta Müaviyyə (lən) Həzrət Əlinin (ə) fəzilətlərini etiraf edirdi!

Ramal Əmiraslanov

2019-03-23 09:03:33 962 Məqalələr

Zərar nəql edir: “Müaviyyənin yanında idim, mənə dedi: “Əlinin (ə) sifətindən bizə danış”. Dedim: “Məni bu işdən üzrlü bilin”. Dedi: “Yox”.

 

Dedim: “Allaha and olsun ki, yuxusuz zamanı çox idi, yuxusu az idi. Gecə və gündüzün hər bir vaxtında Allahın Kitabını oxuyardı. Xoş eyşlə məşğul olmazdı.

Allaha and olsun ki, onu gecə yarısı gördüm ki, mehrabda dayanmış və özünə bürünmüşdür. İlan kimi qıvrılıb ağlayırdı. Deyirdi: “Ey dünya, özünü mənə təqdim edirsən, ya məni təşviq edirsən? Çox uzağa düşmüsən. Mənim sənə qarşı heç bir rəğbətim yoxdur və sənə heç bir hacətim yoxdur. Sənə üç dəfəf təlaq vermişəm ki, qaytarılası deyildir. Ah, ah! Yolun uzunluğundan, səfərin uzaq olmasından və ehtiyatın az olmasından”.

 

Müaviyyə (lən) ağlayır və deyir: “Zərar, bəsdir. Allaha and olsun ki, Əli ibni Əbutalib (ə) belə idi. İmaməti, vəsiliyi, pak itrəti var idi. Fəth və Rizvan beyəti var idi. Allahın və Rəsulun dostu idi. Haqq onunla idi və o, da haqla idi””. (İslami saytlara istinadən)/Deyerler.

Bənzər Olanlar