Hz Peyğəmbərin (s) hədisi: İnsanın səadətə çatdıran 6 əməl | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Hz Peyğəmbərin (s) hədisi: İnsanın səadətə çatdıran 6 əməl

Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Ölməzdən əvvəl Allaha tərəf qayıdın və tövbə edin. Rahatlıq sizdən alınmazdan əvvəl həyatın sıxıntılarında qərar tutun, yaxşı işlər görün. Allahla rabitənizi islah edin ki, səadətli olasınız. Çoxlu sədəqə verin ki, Allah sizə ruzi versin. Əmr-be-məruf edin ki, Allahın möhkəm qalasında qərar tutasınız. Munkərdən əl çəkin ki, Allah sizə yardım çatdırsın”.

Həzrət Peyğəmbər (s) bu mübarək kəlamında bizlərə 6 göstəriş verir ki, hər kim onu yerinə yetirsə, səadət əhli olacaqdır.

1.Tövbə etmək. Tövbə Allah Təalanın bəndələri üçün açdığı nemət qapılarından biridir. İmam Səccad (ə) buyurur: “Allahım, o Sənsən ki, bəndələrinin üzünə qapını açmısan və adını da tövbə qoymusan”. Hər kim bu qapıdan girməyə qəflət edərsə, artıq bir üzrü qalmaz. Həzrət Peyğəmbər (s) buyurur ki, ölməzdən əvvəl tövbə edin. İnsan gərək fürsəti əldən verməzdən əvvəl Allaha tərəf qayıtsın və xalis tövbə etsin. Ancaq bu zaman səadətə çata bilər. (Həvzəh/Deyerler)

2.Yaxşı işlər görmək. Cavanlıq elə bir nemətdir ki, insan onu tez əldən verər. Ona görə də bu rahatlıq dövrünü əldən verməzdən əvvəl yaxşı işlər yerinə yetirməlidir ki, qocalan zaman onun bəhrəsini görə bilsin.


3.Allahla rabitəni islah etmək. İnsanlar hadisə ilə üzləşən zaman üç dəstəyə bölünürlər: Bir dəstə insanların ağzına baxarlar, Bir dəstə insanların dediklərinə yarım nəzər salarlar. Yarım nəzər də İlahi göstərişlərə salarlar. Bir dəstə isə ancaq Allahın buyurduqlarına nəzər salarlar.Hər bir baş verən hadisədə insan gərək Allahın razılığını düşünsün, ancaq bu zaman səadətə çata bilər. 

4. Çoxlu sədəqə vermək. Sədəqənin iki mühüm təsiri vardır: ruzini artırar və bəlanı dəf edər.

5-6. Əmr-be-məruf və nəhy-əz-munkər. İnsan cəmiyyətdə rifahı və dini yaymaq üçün gərək bu vacib əməli yerinə yetirsin. İnsanları yaxşı əməllərə təşviq etsin və pis işlərdən çəkindirsin. Ancaq bu zaman axirətdəki səadətini təmin edə bilər.

Bənzər Olanlar