Dualarda Allah-Taaladan (c.c) dörd dilək... | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Dualarda Allah-Taaladan (c.c) dörd dilək...

Heç şübhəsiz ki, sınıq qəlb və göz yaşları ilə gecə yarısı xəlvətdə edilən dua qəbula çox yaxındır. Allah-Taala Musa ibn İmrana belə xitab edir: «Ey İmran oğlu! Mənim hüzuruma qəlbindən sınıqlıq, cismindən təvazö, gözündən gecə yarısı olan yaş gətir. Məni çağır, yəqin ki, icabət edəcəyəm». («Biharul-ənvar», 67-ci cild, səh-14)
Dua edən şəxs duanın bu hissəsində Allah-Taaladan dörd şey istəyir. O, inanmalıdır ki, duadakı itaətkarlıq və təvazökarlığın duanın qəbulunda təsiri olacaqdır. 
 
İstənilən dörd şeyə nəzər salaq: 
 
1-Allahın müdara ilə yumşaq rəftarı; 
2-Rəhmətə qovuşmaq; 
3-Verilən ruziyə qane olmaq; 
4-Bütün hallarda təvazö.

Dua edən şəxs anlamalı və unutmamalıdır ki, yaxşılıq edən insan özünə edir. (İsra/ 7). Allahdan mehribanlıq görmək üçün hökmən müsəlmanlara, layiqli şəxslərə mehriban olmaq lazımdır. Öz ətrafındakılara qarşı mərhəmətli, mehriban olmayan insan Allah-Taaladan mehribanlıq görə bilməz./nur-az
 
 

Bənzər Olanlar