Paylaş
Facebook Twitter Google+

Hz isa (ə) və Hz Yəhyanın (ə) peyğəmbərliyi dövründə Edama məhkum olunmuşun 3 moizəsi -nəsihəti

İmam Sadiq (ə) buyurur: “Bir nəfər Həzrət İsanın (ə) yanına gəlir və zina etdiyini etiraf edir. Ondan istəyir ki, onu paklasın.

 

Onun zina etdiyi sübut olunduqdan sonra hökm verilir ki, onu daş-qalaq etsinlər. Cəmiyyət toplaşdı. Həzrət Yəhya (ə) da cəmiyyət arasında idi. Zina edən kişini bir çuxura qoydular ki, insanlar onu daş-qalaq etsin.

 

O, fəryad çəkdi: “Hər kimin boynunda cəza varsa, buradan getsin”.

Hamı getdi və ancaq Həzrət İsa (ə) ilə Həzrət Yəhya (ə) qaldı.

 

Bu zaman Həzrət Yəhya (ə) fürsəti qənimət bilib, ondan nəsihət almaq üçün çuxura düşdü. Həmin şəxsə dedi: “Ey günahkar insan! Mənə moizə et”.

 

O, dedi: “Nəfsini azad buraxma ki, səni məhv edər”.

Yəhya (ə) dedi: “Yenə moizə et!”.

 

Kişi dedi: “Günahkarı günahına görə məzəmmət etmə”.

Yəhya (ə) yenə israr etdi ki, onu moizə etsin.

 

Kişi dedi: “Qəzəblənmə”.

Yəhya (ə) buyurdu: “Bu üç moizə mənim üçün kifayətdir”./Deyerler.

Bənzər Olanlar