Paylaş
Facebook Twitter Google+

Quran Peyğəmbərin (s) əbədi möcüzəsidir!

Kafirlərdən Quran surələrinə bənzər yalnız bir surə gətirmək tələb olunur

"De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr də ona bənzərini gətirə bilməzlər.”" (İsra, 88).

İzah: Allah-Taala bu ayədə tam qətiyyətlə Quranı Allah kəlamı hesab etməyənlərdən və onun vəhy olduğunu qəbul etməyənlərdən onun kimi bir kitab gətirmələrini istəyir. Terminologiyada buna Quranın mübarizəyə çağırışı – təhəddi – deyilir ki, öz haqq olduğunu sübuta yetirmək üçün ənənəvi bir üsuldur. Bu dəvət və mübarizəyə çağırış üç mərhələdə baş tutmuşdur.

  Öncə bu ayədə kafir cinlərdən və insanlardan istənilmişdir ki, bacarırlarsa, onun kimi bir kitab gətirsinlər. Sonra bu istəyin həcmi azalır və heç olmasa Quran surələrinə bənzər on surə gətirilməsi istənilir (Hud, 13). “Bəqərə” surəsinin 23-cü ayəsində isə bu mübarizə şərtinin həcmi yenə də azaldılır və kafirlərdən Quran surələrinə bənzər yalnız bir surə gətirmək tələb olunur. İslam düşmənləri Quranla mübarizəyə sərf etdikləri bütün imkanlara baxmayaraq, heç zaman bu çağırışa cavab verə bilmədilər. Əlbəttə, Quranın ecazkarlıq yönləri yalnız fəsahət və bəlağətlə bitmir.

Hədis: İslam peyğəmbəri (s): “Quranın zahiri gözəl və könüloxşayan, batini dərin maarif dəryasıdır. Onun ecazkarlıqları saya gəlməz, incəlikləri köhnəlməz.” (Kafi, c. 2, səh. 599, hədis: 2).

Bənzər Olanlar