Paylaş
Facebook Twitter Google+

İmam Əli (ə) və İmam Səccad (ə) mömin şəxsi hansı hallarda olmasını söyləmişdir?

İmam Əlidən bu mövzuda nəql edilən hədisə toxunaq. Əziz İmam (ə) buyurur: “Mömin davamlı olaraq:
1. Allahı yada salar.
2. Çoxlu təfəkkür edər.
3. Nemətə şükür edər.
4. Giriftarlıqda səbirlidir”.

 

İmam Səccad (ə) buyurub: «Möminin beş əlaməti var:
- xəlvət və təklikdə olanda pəhrizkar olmaq,
- yoxsulluq zamanı sədəqə vermək,
- bəlalar müqabilində səbirlilik,
- qəzəblənəndə həlimlik və
- qorxu olmasına baxmayaraq, doğruçuluq».

 

Bənzər Olanlar