Paylaş
Facebook Twitter Google+

Qurban kəsilən heyvan üçün şəriətdə tələb edilən şərtlər hansılardır?

Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor, buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolnda qurban kəsmək ədəbsizlikdir və günahdır. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş sayılmamalıdır. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməlidir.

İnəyin və keçinin 2 yaşı bitib 3-cü ilə keçməsi kifayət edər. Qoyun isə ən azı 7 ayını başa vurub 8-ci aya keçməlidir; amma ehtiyata görə, qoyunun bir ilinin tamam olması daha yaxşıdır. Bunlar cəfəri fiqhinə aid olan hökmlərdir. Əhli-sünnə məzhəbinə görə, qoyun və keçinin bir yaşına dolması şərtdir. Amma əgər bir yaşından kiçik olan quzu ölçülərinə görə bir yaşlı qoyun kimi görünərsə, kəsilməsinə icazə verilir. Əhli-sünnəyə görə. inəyin ən azı 2, dəvənin ən azı 5 yaşı tamam olmalıdır.

Bənzər Olanlar