Hədiyyə vermək bəzən savab, bəsən isə haramdır?! | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Hədiyyə vermək bəzən savab, bəsən isə haramdır?!

Haram və savablı hədiyyələr hədislər güzgüsündə:

-Muhəmməd (s) Peyğəmbər (s) buyurur: \"Bir-birinizə hədiyyə verin ki, qəlbləriniz bir-birinə qarşı məhəbbətli olsun. Bir-birinizə hədiyyə verin. Çünki hədiyyə kin-küdurəti aradan götürür\".

-Muhəmməd (s) Peyğəmbər digər hədisdə isə belə buyurur: «Hədiyyə vermək məhəbbət gətirir, qardaşlığı qoruyur, kin və düşmənçiliyi aradan götürür. Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz.»

-İmam Əli (ə) belə buyurur: \"Mənim üçün, müsəlman qardaşıma onun işinə yarayan bir hədiyyə vermək, həmin şeyin mislini sədəqə verməkdən daha xoşdur\".

-Dövlət məmurlarına hədiyyə etmək haramdır - Muhəmməd (s) peyğəmbər (s) bu haqda buyurur: \"Məmurlara verilən bütün hədiyyələr haramdır"./ehliwie-samux

 

Bənzər Olanlar