Borcluya möhlət verməyin misilsiz savabı | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Borcluya möhlət verməyin misilsiz savabı

Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq  məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (s) də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur. Lakin insan “ayağını yorğanına görəuzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək ödəniş zamanı gəldikdə (üzrlü səbəb yoxdursa) borcu geri qaytarmalıdır.

Borc almaq qəbahət olmasa da o ağır bir yük kimidir.

Məsumlar buyururlar:

“Möminin ruhu borcu qaytarılana  qədər həbs edilir (dünyada borcuödənilmədikcə hesabı bitməz və borcu axirətdə qovuşacağı nemətlərə mane olur. Borcunun qaytarılması ilə sorğu-sualı bitir, yaxud da axirət nemətlərinəqovuşur)”

 

Belə olan təqdirdə borc verdiyimiz insanla biz necə davranmalıyıq?

Allah Rəsulu (s) bir hədisində belə buyurur: “Kim dara düşən borcluya möhlət verər və ya (borcunu) bağışlayarsa, Allah-Təala onu öz kölgəsindən başqa heçbir kölgə olmayan qiyamət günü ərşin kölgəsinə qoyar”

 

Peyğəmbərimiz alacağını istəyəndə müştərini sıxışdırmayanlara “Satanda, alanda və alacağını istəyəndə müsamihəli davranan (müştərilərinin işini asanlaşdıran) şəxslərə Allah mərhəmət etsin” üçün belə dua edib.

Qatadə adlı səhabə borc verdiyi bir nəfəri  axtarır ki, pulunu alsın. Borclu isəondan gizlənir. Daha sonra onu tapır, ancaq borclu “Vəziyyətim yaxşı deyil, dardayam”, – deyə üzrxahlıq edir. Qatadə də: “Allaha and içərsən?” – deyəsoruşur. Borclu: “Vallah”, – deyə and içir. Əbu Qatadə də: “Mən Rəsulullahın (s)“Kim qiyamət günü Allahın onu dardan qurtarmağını istəyirsə, darda olana möhlət versin və ya borcunu tamamilə bağışlasın”, – buyurduğunu eşitmişəm”, – deyir və borcluya daha bir möhlət verir.

 

İmam Sadiqdən (ə) nəql edilən bu hədis borclu ilə hansı şəkildə davranmanın yolunu, ona möhlət vermənin və bu yolda əldə ediləcək ilahi neməti beləaçıqlayır:

“Hər kəs bir borc versə onun qaytarılması üçün vaxt təyin etsə, o vaxta qədər hər gün üçün bir savabı vardır. Amma borcun qaytarılması üçün vaxt verildikdəvə nəticədə borcun qaytarılması təxirə düşdükdə hər gün üçün bir dinarın sədəqə savabı verilər”.

 

Bənzər Olanlar