Paylaş
Facebook Twitter Google+

Namazda salam vermək, verilən salamın cavabını almaq olarmı?

Cavab: Namaz əsnasında insan kiməsə salam verməməlidir. Əgər bir başqası ona salam versə, gərək “salam” kəlməsi öndə tutulmalıdır. Məsələn, “Əssəlamu əleykum”, yaxud “Səlamun əleykum” deməlidir, daha “Əleykum səlam” deməməlidir.

İnsan – istər namaz olsun, yaxud namaz olmasın, dərhal salamın cavabını verməlidir. Əgər qəsdən, yaxud unutqanlıq üzündən salamın cavabını bir qədər uzatsa, belə ki, cavabı verdiyi halda artıq həmin salamın cavabı sayılmazsa, namazda olduğu halda cavab verməməlidir. Namazda olmasa, daha cavab vermək vacib deyil./muselman.az

 

Bənzər Olanlar