Paylaş
Facebook Twitter Google+

Qadının öz əri üçün bəzənməsini dinimiz çox bəyənir!

Qadının öz əri üçün bəzənməsini dinimiz çox bəyənir!
İnsan varlıq aləminin ən gözəl məxluqudur. O zaman ki, Allah Təala insanı xəlq edir, Özünə afərin deyir: “Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!”. (“Möminun” 14).
 
İnsan da gözəlliyi sevir və zinət ardınca olur. Kişi ilə qadın öz bəzənməklərinə diqqət etməli və gözəl görünməyə çalışmalıdırlar. Çünki, bəzənmək – mömin üçün halal hesab olunur. Qadınlar adətən qulaqları vasitəsilə ləzzət duyarlar. Daima gözəl sözlər eşitmək istəyərlər.

Ancaq kişilər gözləri vasitəsilə ləzzət alarlar. Ona görə də qadın gərək əri üçün bəzənsin və gözəl görünsün.

Həzrət Peyğəmbər (s) buyurur: “Necə ki, kişi qadınla bağlı hüquqlara riayət etməlidir, qadın üçün də lazımdır (həmin hüquqlara riayət etsin). Belə ki, əri özünü xanımı üçün bəzədiyi kimi, qadın da özünü həyat yoldaşı üçün bəzəməlidir”.

Həzrət Rəsuli-Əkrəm (ə) başqa yerdə buyurur: “Ən üstün qadın o qadındır ki, əri üçün çoxlu bəzənər və zinətlənər. Ancaq özünü özgələrdən örtər”.

İmam Sadiq (ə) buyurur: “Bir qadın gərək üç gündən çox müddətdə bəzənməyini kənara qoymasın. Məgər o qadından başqa ki, əri dünyadan getmişdir. Bu cür qadın vəfat müddətinin sonuna qədər (4 ay on gün) zinəti tərk edər”. (Həvzəh)

İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Layiqli deyildir ki, qadın özünü əri qarşısında boş buraxsın (zinət etməsin). Ən azı boynuna boyunbağı taxaraq, özünü bəzəməlidir”./Deyerler.

Bənzər Olanlar