Paylaş
Facebook Twitter Google+

Spirtli içki İran və Fransa prezidentlərini qarşı-qarşıya qoydu

Muslims in Georgia

2016-01-28 20:01:20 1461 Siyasət
Fransa və İran prezidentlərinin birgə naharı baş tutmayıb. ANS PRESS-in məlumatına görə, buna səbəb Fransa tərəfinin menyudan spirtli içkini ləğv etməkdən imtina etməsi olub. Qəbul edən tərəf şərabdan imtina edə bilmədiyindən iranlılar nahara gəlməyib.

Görüşdən əvvəl iranlılar xahiş ediblər ki, masada yalnız halal qida olsun, spirtli içkilər olmasın. Ancaq fransızlar öz respublika dəyərlərinə riayət etmədə təkid ediblər: ənənəvi Avropa menyusu və şərab. Nəticədə Yelisey sarayı birinci şəxslərə naharın yerinə səhər yeməyi təklif edib. Amma İran tərəfi bunu çox ucuz hesab edib və bu ideyanı rədd edib.


Yelisey sarayı



Qeyd edək ki, İran prezidenti Həsən Ruhani fransalı həmkarı Fransua Ollandla bü gün görüşüb. Fransanın paytaxtı Parisdə rəsmi səfərdə olan Ruhani Olland tərəfindən Yelisey sarayında qarşılanıb. Tərəflər jurnalistlərin qarşısında salamlaşdıqdan sonra bağlı qapılar arxasına keçiblər.


Paris xəritədə

Bənzər Olanlar