Paylaş
Facebook Twitter Google+

İŞİD-lə savaşmaq üçün ABŞ İraqa Xüsusi Ekspedisiya Qüvvələrini göndərəcək

Oqtay Kazımov

2015-12-02 09:07:38 4875 Siyasət


 

Müdafiə Naziri Eşton Karterin bəyənatına görə b.a. “İslam Dövləti” ilə mübarizə etmək üçün ABŞ İraqa xüsusi ekspedisiya qüvvələrini göndərəcəkdir.

Roiterlə söhbətdə Krater izah edib ki “tədricən xüsusi əməliyyat qüvvələri reydlər, girov götürülmüş insanları azad etmək, kəşfiyyat xarakterli məlumat toplamaq və İŞİD liderlərini həbs etmək kimi işlər görəcəkdirlər”.

Frasnpress üçün verdiyi müsahibədəsə Krater ABŞ həmin Xüsusi Əməliyyatlar Qüvvələrinin Suriyaya da göndərəcəyini planlaşdırdığını qeyd edib.

  Oktyabrın sonunda Ağ evdə Xüsusi Təyinatlı Qüvvələrin Suriyaya “Suriya Demokratik Qüvvələrinin” köməyinə göndərəcəklərini demişdilər. Bu qüvvələr əsasən kürd döyüşçülərindən və onların digər müttəfiqlərindən ibarətdir. Bu güclərin sayı əvvəllər 50-dən aşağı idi, lakin çərşəmbə axşamı dekabrın 1-də Krater bu proqramın uğurlu olacağı təqdirdə Pentaqon Suriyada Xüsusi Qüvvələrin kontinqentinin artırılacağını qeyd edib.

 

"Tabula"

 

Tərcümə edəni: Oqtay Kazımov

Bənzər Olanlar