Paylaş
Facebook Twitter Google+

Rusiya bu şəxslərə 50 mln $ mükafat verəcək

Babel Həvaic

2015-11-17 16:52:10 742 Siyasət
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) sərnişin təyyarəsinə bomba yerləşdirərək 224 nəfərin ölümünə səbəb olan şəxslərin tapılmasına yardım edənlərə 50 milyon dollar mükafat veriləcəyini açıqlayıb.
İslamazeri.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə,  FSB-dən edilən açıqlamada, "Cinayətkarların tutulmasını təmin edəcək səviyyədə məlumat verənlərə 50 milyon dollar ödənəcək", -deyə qeyd olunub. Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov açıqlamışdı ki, A-321 təyyarəsinin göyərtəsində quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb. Partlayıcı qurğu 1 kq tratil həcmində olub. Federal Təhlükəsizlik Xidməti bu hadisənin terror aktı olduğunu bildirib. Rusiya prezidenti öz növbəsində bu terror aktını törədənləri və bu işdə əli olanların tapılaraq ciddi şəkildə cazalandırılacaqlarını söyləyib.mgeo.ge
ÖNCƏKİ YAZI
SONRAKİ YAZI

Bənzər Olanlar