Paylaş
Facebook Twitter Google+

Putinə qeyri-adi yeni iş təklifi

Muslims in Georgia

2014-12-19 21:54:37 919 Siyasət
Rusiya prezidenti Vladimir Putin aqressiv fəaliyyətini dayandırdığı təqdirdə ona ABŞ-a getmək üçün işçi vizası verilə bilər.

Mgeo.ge-in məlumatına görə, bu barədə Gürcüstanın eks prezidenti Mixail Saakaşvili deyib.

“Mənim rəhbərliyim altında Vaşinqtonda institut yaradılıb və ABŞ Dövlət departamenti mənə 0-1 işçi vizası təklif edir. Lazım gələrsə Putin üçün də bu vizadan təşkil edə bilərəm. Hətta mən onu institutumuza işə götürməyə belə hazıram”- deyə Saakaşvili bildirib.

Qeyd edək ki, dekabrın 18-də keçirilən mətbuat konfransında Putin bildirib ki, Gürcüstanın yeni hakimiyyətin Mixail Saakaşviliyə təzyiqlərin artırmasında Rusiyanın əli yoxdur.
Mənbə
ANS PRESS
 

Bənzər Olanlar