Paylaş
Facebook Twitter Google+

Rusiya Gürcüstanla viza rejimi haqda...

Muslims in Georgia

2016-01-31 22:45:58 1752 Siyasət







"Rusiya Gürcüstanla normal münasibətlərin qurulmasında maraqlıdır".

 Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunları ilə bağlı keçirdiyi geniş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Gürcüstan xalqı "Saakaşvilinin səhvləri"nin cəzasını çəkməməlidir: "İki dövlət arasında mövcud olan soyuq münasibətlər aradan qalxmağa başlayıb. Gürcü həmkarımla danışıqlar aparmağa da hazıram".

Nazir həmçinin Gürcüstanla viza rejiminin ləğv olunması məsələsinə də toxunub: "Biz Gürcüstanla viza rejimini ləğv etməyə hazırıq. Lakin bildiriyim kimi hələlik diplomatik münasibətlər bərpa olunmayıb".

Rus diplomat eyni zamanda onlarda Gürcüstan ərazisində yerləşən Pankisi dərəsinin İŞİD qruplaşmasının üzvləri tərəfindən istifadə edilməsi barədə xəbərin olduğunu da açıqlayıb.


Sonxeber.az 

Bənzər Olanlar