Paylaş
Facebook Twitter Google+

1 gün keçməmiş ABŞ-dan İrana sanksiya

Muslims in Georgia

2016-01-25 12:22:32 807 Siyasət
İrana tətbiq olunan beynəlxalq sanksiyaların ləğv olunması barədə qərar qəbul edilməsindən bir gün keçmədən bu ölkəyə qarşı yeni sanksiya qüvvəyə mindi. ANS PRESS-in məlumatına görə, yeni sanksiya İranın raket proqramı ilə əlaqəsi olan 11 hüquqi və fiziki şəxsin Amerikan banklarından istifadəsinə məhdudiyyət qoyulmasını nəzərdə tutur. 

Bununla yanaşı ABŞ prezidenti Barak Obama İran ilə beynəlxalq ictimaiyyət arasında embarqoların ləğv olunmasına səbəb olan nüvə razılaşmasına dəstək verib. 


ABŞ prezidenti Barak Obama

“Diplomatiyanın nələrə qadir olduğunu bir daha gördük. İran nüvə silahı əldə edə bilməyəcək.” – deyə ABŞ prezidenti Obama bildirib. 

İran uzun illərdir ki, tətbiq edilən beynəlxalq sanksiyalardan azad olub. Bunu rəsmi olaraq ABŞ-ın dövlət katibi Con Kerri elan edib. Sanksiyaların ləğvini Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) təsdiq edib. Bununla da rəsmi Tehran nüvə razılaşmasında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. 

İran prezidenti Həsən Ruhani sanksiyaların ləğv edilməsi münasibəti ilə xalqını təbrik edib. Ruhanı nüvə sazişini "İranın tarixində qızıl səhifə" adlandırıb.


İran prezidenti Həsən Ruhani

"Mən bu qələbə münasibəti ilə İran xalqını təbrik edirəm. Bu saziş ölkənin iqtisadi inkişafında "dönüş nöqtəsi"dir". Mən hesab edirəm ki, bu razılaşma milli özünə əminliyi artıracaq" - deyə prezident bildirib.

İran prezidenti qeyd edib ki, nüvə problemi üzrə beynəlxalq vasitəçilərin (Çin, Fransa,Almaniya, Rusiya, Böyük Britaniya və ABŞ) Tehranla razılaşmasını müsbət qarşılayır. 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanada danışıqların nəticəsi ilə bağlı mətbuat konfransı keçirib. O, bildirib ki, nüvə razılaşmasında bütün tərəflərinin maraqlarını nəzərə alır, həmçinin bu imzalanma regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 

"Danışıqlarda iştirak edən bütün tərəflər nüvə razılaşmasının tarixi olduğuna inanırlar. Bu razılaşma dünyanın sabitliyinə və təhlükəsizliyini təminat verəcək. Biz siyasi iradə ortaya qoyaraq effektiv razılaşmanı imzalaya bildik". 

Bənzər Olanlar