Paylaş
Facebook Twitter Google+

İran və Fransa 20 saziş imzaladılar

Muslims in Georgia

2016-01-29 09:48:38 2382 Siyasət





Sazişlərin ümumi dəyəri 15 milyard dollara bərabərdir.

İran prezidenti Həsən Ruhaninin Fransaya səfəri çərçivəsində rəsmi Paris və Tehran müxtəlif sahələri əhatə edən 20 saziş imzalayıblar. 

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

Fransanın “Total” neft-qaz şirkəti xam neftin alışına dair İranın “NIOC” şirkəti ilə saziş imzalayıb.
 
“Airbus” şirkəti “Iran Air” aviaşirkəti ilə İrana 118 sərnişin təyyarəsinin tədarükünə dair saziş imzalayıb. Bundan başqa, İran “Airbus” şirkəti ilə aviasiya sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb.
 
“Vinci” şirkəti İran tərəfi ilə Məşhəd və İsfahandakı hava limanlarının yeni terminallarının tikintisi və istismarı ilə bağlı saziş imzalayıb.
 
“Bouygues” şirkəti isə Tehrandakı “İmam Xomeyni”  hava limanının yeni terminalının inkişafı layihəsi üzrə razılaşma əldə edib.  
 
İmzalanan sazişlərin ümumi dəyəri 15 milyard dollara bərabərdir.
 
Qeyd edək ki, Həsən Ruhanin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada ikigünlük rəsmi səfərdədir.  

Bənzər Olanlar