Paylaş
Facebook Twitter Google+

Tiflisdə hakim partiya rusiyayönlü liderlə birləşir

Muslims in Georgia

2016-04-08 20:18:56 1723 Siyasət








Gürcü Arzusu fraksiyası parlament seçkisindən sonra eks-spiker Nino Burcanadze ilə əməkdaşlıq edə bilər.

 

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında fraksiyanın rəhbəri Giya Volski söyləyib. O, fraksiyanın əməkdaşlıq edəcəyi şəxslər sırasında Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvilinin də olacağını bildirib.

 

Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrın 8-də baş tutacaq. Seçki ərəfəsində artıq Gürcü Arzusu fraksiyasından iki partiya ayrılıb. Bu fraksiya indiyə qədər Gürcüstanın NATO və Avropa Birliyi istiqamətində inteqrasiyasının tərəfdarı olan əsas siyasi qüvvələrdən biri hesab edilir.

 

Burcanadze rusiyayönlü siyasətçidir. O, Moskva ilə olan sıx əlaqələriylə məşhurdur. Bu siyasətçi son 1 il ərzində Rusiyaya səfər edərək, yüksək vəzifəli rəsmilərlə görüşən tək şəxsdir.

Bənzər Olanlar