Paylaş
Facebook Twitter Google+

Qaynar payız gəlir: Moskvanın Qafqaz planı

Muslims in Georgia

2016-05-30 10:46:22 1670 Siyasət

Rusiya bütün imkanlarından istifadə edərək çalışacaq ki, oktyabrdakı parlament seçkilərində rusiyayönlü qüvvələr qalib gəlsin. 

 

Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstanın eks-deputatı Ramin Bayramov söyləyib. Onun sözlərinə görə, hazırda bölgədə qərbyönlü və rusiyayönlü qüvvələr arasında gərginlik artır: 

 

“Buna ən böyük misal Gürcüstan və Ermənistanda keçirilən hərbi təlimlərdir. Gürcüstanda NATO təlim mərkəzinin açılması Kremli dəhşətə gətirir. Sözsüz ki, Moskva özünün nəzarət etdiyi regionlarda (Cənubi Osetiya, Abxaziya, Ermənistan) hərbi təlimlər keçirməklə, regionda yeni gərginlik ocaqları yaratmaqla cavab verməyə çalışacaq. Regionun bütün oyunçularının addımları və niyyətlərini nəzərə alsaq, Rusiya strategiyası ciddi şəkildə sarsılıb və onun fəaliyyəti daha çox imperiyanın simasını saxlamaqdan ötrü məcburi şəkildə atılmış addımlara bənzəyir. Məncə, qərbyönlü qüvvələrin açıq-aşkar üstünlüyünü göstərən sonuncu cəhd Gürcüstandakı siyasi situasiyadır. Rusiya bütün imkanlarından istifadə edərək çalışacaq ki, oktyabrdakı parlament seçkilərində rusiyayönlü qüvvələr qalib gəlsin. Bunun üçün Moskva bütün imkanları ilə İvanişvilinin Gürcü Arzusu Partiyasına, Nino Burcanadzeyə, Vətənpərvərlər Alyansı Partiyasına və digərlərinə dəstək verəcək. Azərbaycan indiyə qədər öz müstəqilliyinin ələ keçirilməsinin qarşısını alıb və bundan sonra da alacaq. Yalnız Gürcüstan qalıb. Bu ölkənin taleyi bütün regionun müqəddaratını həll edə bilər”. 

Bənzər Olanlar