Paylaş
Facebook Twitter Google+

Xeyir iş görən qeyri-müsəlmanların aqibəti necə olacaq?

Ramal Əmiraslanov

2019-11-27 12:34:18 996 Şübhələr

Əgər kimsə Allahı, Peyğəmbəri (s) və məadı qəbul etməzsə, ancaq xeyir iş görməklə məşğul olarsa – aqibəti necə olar?

“Biz (dini qəbul etməyib) dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud İlahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz”. (“Hud” 15).

“Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər (iman şərtinin və çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən)boşa çıxacaqdır”. (“Hud” 16).

 Bu iki ayədən belə nəticəyə gəlmək olur ki, insanın əməli niyyət və etiqadından asılıdır. Əgər kiminsə Allaha, Peyğəmbərə (s), məada imanı olmazsa, xeyir işi dünya üçün görər. Yəni, xeyir iş görməkdəki niyyəti – dünya mənfəəti olar. Ona görə də axirətdə də nəsibi dünya olar.

Ancaq əgər insan Allah razılığını qazanmaq üçün yaxşı əməl yerinə yetirərsə, həm dünyada və həm də axirətdə savaba çatar. O kəs ki, xeyir işi ancaq Allah üçün görərsə, elə dünyada olan zaman artıq onun səmərəsinə çatar.  Ayətullah Cavadi Amuli buyurur ki, Qiyamət elə aləmdir ki, orada hər şeyin həqiqəti üzə çıxar. (Həvzəh)
   Allah Təala bizləri ixlas əhlindən qərar versin və dünya və axirət bərəkətlərindən binəsib etməsin!/Deyerler.

Bənzər Olanlar