Paylaş
Facebook Twitter Google+

Varlıq aləmində təsadüfi yaranışlar olurmu?

Ramal Əmiraslanov

2019-02-05 12:28:29 6031 Üsuliddin Tovhid

Yaşadığımız bu varlıq aləmi sirlər və möcüzələrlə doludur. Bəzən elə olur ki, bəzi şeylərin nə üçün yarandığını bilmirik, ona görə də onun yaranmasından gileylənirik. Hər bir şeyə irad tuturuq. Ancaq bilmirik ki, bu dünyada yaranan hər bir şeyin hikməti vardır və heç bir şey əbəs yerə yaranmamışdır. Qurani-Kərimdə buyurulur ki, Allahın yaratdığı hər bir şeyin hesab-kitabı vardır. Onun yaratdıqlarının heç biri nöqsanlı deyildir. (Tebyan)

 

Misal üçün, bu ayələr kimi: “(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə)yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk)]”. (“Hicr” 21).

 

“Çünki həqiqətən Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir).

Bizim (əşyaların yaradılışındakı) işimiz (asanlıq və sürət baxımından) bir göz qırpımı kimi olan qəti istəkdən başqa bir şey deyildir”. (“Qəmər” 49-50).

 

“Əgər Allah bəndələrinin ruzisini bol etsəydi, şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir”. (“Şura” 27).

 

“Allahın Peyğəmbər üçün qərara almış olduğu şeydə, ona heç bir çətinlik və maneə yoxdur; (Bu) Allahın bundan öncə gəlib getmiş kəslərin (peyğəmbərlərin) barəsində olan (cari) sünnəsidir (qayda-qanunudur).

Daim Allahın (bəşər barədə olan) əmri təyin olunmuş bir hökmüdür və təqdir olunmuş (hesablanmış) bir qəzavü-qədərdır”. (“Əhzab” 38).
“O Allah ki, göylərin və yerin mülkiyyət və hakimiyyəti Ona məxsusdur, Özü üçün övlad götürməmişdir, mülkiyyət və hakimiyyətində heç bir şəriki olmamışdır, hər bir şeyi yaradıb və (onların) hər biri üçün (vücud, əlamətləri, həyatını davam etdirməsi və qarşılıqlı əlaqələr baxımından) öz halına münasib ölçü təyin etmişdir”. (“Furqan” 2).

 

Allah Təbarəkə və Təala bu kimi ayələri ilə bizə başa salır ki, bizə verilən hər bir şey – Allahın hikməti və məsləhəti üzərindən olmuşdur. Bu dünyada yaranan hər bir şey və baş verən hər bir hadisə də Onun hikmət və iradəsi əsasında olur./Deyerler.

Bənzər Olanlar