Paylaş
Facebook Twitter Google+

Xalq arasında işlənən "Öncə Allaha sonra sənə" ifadəsi nə dərəcədə doğrudur?!

Ramal Əmiraslanov

2018-02-14 08:02:46 6195 Üsuliddin Tovhid

 

 Öncə Allaha, sonra sənə tapşırıram”, yaxud “göydə Allah, yerdə siz” kimi ifadələri işlətmək doğrudurmu?

İslaminSesi.info- Elin gözü tərəzidir deyib atalarımız. Bu o deməkdir ki, hər hansı bir hadisə öz qiymət və dəyərini, çəkisini el arasında qazanır. Xalqın göz və ağıl süzgəcindən keçib özünə dəyər qazanır. Diqqət etsək görərik ki, bu kimi deyim və atalar sözlərində böyük məna və hikmətlər vardır. Bu da o deməkdir ki, bu cür deyimlərin əvvəli hikmətə, hikmət əhlinə qayıdır. Hikmətin də əvvəli insanı yaradan, ona düşünməyi öyrədən Həkim olan Allahdır. Allah da hikməti yalnız Öz sadiq qullarına bəxş edər.

Lakin bəzi deyim və sözlərdə hikmətlə, dərin məna ilə yanaşı yanlış ifadə tərzləri də olur. Bu da zaman-zaman insanların müdaxiləsindən və onların dünyaya baxışlarından təsirlənməyindən irəli gəlir. Bu ifadələrdən də biri “ öncə Allaha, sonra sənə tapşırıram”, yaxud “göydə Allah, yerdə siz” kimi ifadələrdir.

Ayətullah Cavad Amili “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.” (Yusif 106) ayəsinin təfsirində bu mətləbə işarə edərkən, Allah Rəsulunda (s) bu barədə hədis qeyd edib. Anlaşılan budur ki, hətta peyğəmbər (s) zamanında da bu kimi ifadələrdən istifadə edilib. Lakin Peyğəmbər (s) bu cür ifadələri işlədərkən diqqəti olmağı buyurub və daha düzgün formada deməyi tövsiyə edib. Ustad Cavad Amili qeyd etiyimiz ayənin (Yusif-106) təfsirində buyurur:

“Qeyd olunan ayə ilə bağlı Allah Rəsulundan (s) soruşdular: Necə olur ki, möminlərin əksəriyyəti müşrik olur? Mübarək ayədə “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.” deyə buyurulur!?

Peyğəmbər (s) cavab verdi: “ Necəki deyərlər: Filankəs olmasaydı mənim filan işim həll olmazdı. Onlar bu sözləri cahillik (bilməməzlik) üzündən deyirlər. Cəhalət onlar üçün bir üzrdür.

Əgər bizdən eşitsəniz biz desək ki: “əvvəl Allah sonra filan şəxs” o zaman siz də deyin!
Soruşdular: Bəs necə deyək?

Peyğəmbər (s) buyurdu: Deyin Allaha şükr edirəm ki, Allah filan kəsin vasitəsi (əli) ilə mənim çətinliyimi aradan aparı. Tohid (tək Allahlı olmaq) budur!” (Ayətullah Cavad Amili)/Yaşar Nuriyev

 

Bənzər Olanlar