Paylaş
Facebook Twitter Google+

Allahla bağlı insanları düşündürən 2 ən mühüm suala gözəl cavab

Ramal Əmiraslanov

2018-04-11 18:16:47 4526 Üsuliddin Tovhid

Uzun illərdən bir çox şəxslərdən və alimlərdən verdiyi suala istədiyi cavabı almayan ateist bu dəfə həmin sualları daha bir alimə ünvanlayır. Həmin sualı və cavabı İslaminSesi sizə təqdim edir.

 

Ateist: "Mənim sualım medalın iki üzü kimidir. Bir üzü belədir: Allah bütün kainatı yaratdı və Quranda da bundan bəhs olunar. Dağları yaratmağından və hey imtahanlardan bəhs edər. Mənim sualım belədir: Allah Adəm və Həvvanı yaratmazdan öncə bütün gələcəyi bilirdi və bilirdi ki, insan onun ümidlərini puç edəcək. İnsanların cəhənnəmə gedəcəyini və orada işgəncə görəcəklərini bilirdi. Qısaca, bütün kainatı yaratmazdan öncə nəticələri aydın idi. Cənnətə gedənlər heç, amma cəhənnəmə gedənlərə mane ola bilərdi. Təbii ki, yaratmazdan öncə bunu da bilər. Amma etmədi və öz məntiqi ilə yaratmağa davam etdi. Niyə Allah belə olacağını bilə-bilə onları yaratmağa davam etdi?

 

İkinci sualım isə belədir: Fərz edək ki, inandım, dedim ki, Allah ucadır və böyükdür. Niyə Allah hey Quranda israrla yaratdığı möcüzələrdən misal gətirir? Halbuki onlar yaratmaq Allah üçün adi bir məsələdir. Yəni, "Ol!" desə onun üçü həmin an olar. Niyə möcüzəli olsun ki, bütün bunlar Allah üçün heç bir şeydir. Niyə Allahın etdiklərinə heyrətlənməli və hörmət duymalıyıq?

 

CAVAB:  Əgər cəhənnəmə bir nəfər belə getsə belə Allah ümidsizliyə düşəcək deyirsiniz, amma əsla belə deyildir!   Allah əsla xəyal qırıqlığına uğramaz. O ki qaldı suala, təsəvvür edin ki, mən bir məktəbdə dərsə başladım. Bir müəllim ədalətlidir və imtahan müdətində iki vuraq iki sualını verir və tələbə onun cavabını 5 yazır və müəllim bunu görür, müdaxilə edərək 4 yaza bilər. Müəllimin bu cavabı imtahan müdəttində düzəltməsi doğrudur? Əgər müəllim 5 rəqəmini 4 edərsə onda digər tələbələr nə düşünər? Əgər illa da səhvsiz bir varlığın yaradılmasını israr edirsinizsə, onda buna cavab mələklərdir. Allah mələkləri səhvsiz yaradıb. Onlar səhv etməzlər. Allah mələkləri yaratdı və mələklər əsla Allahın əmrindən çıxmazlar. Amma bəşər övladı mələkdən üstün varlıqdır. Mələklərin azad iradələri yoxdur. Mələklər yaxşı varlıqlardır, amma ali varlıqlar deyillər.

  İnsanlar azad iradələri ilə ya əmirlərə uyarlar, ya da uymazlar. Əgər insan övladı əmrlərə uyarsa mələklərdən üstündür, uymazsa cəhənnəmə gedər. Allah azad iradəli insanları yaratmışdır, bu halda günah insanındır. Məsələn, tibb universitetinə çox insan daxil olmaq istəyir. Onlardan neçəsi öz məqsədinə nail olur? O insanların cəmi 5% buna nail olar. Niyə cəmi 5%? Çünki yaxşılar içindən seçilməlidir. Allahın cənnətinə daxil olmaq üçün də seçilmək lazımdır. Hətta cənnət belə dərəcəcələnmiş yerdir. Məsələn, Firdovs cənnətinə hər kəs düşə bilməz. Allahın sənə verdiyi zəka tutumundan istifadə edərək buna nail olmalısan. Əgər Allahı dinləsən cənnətə düşmək çox asandır. Cənnətə düşmək üçün elmli olmağa ehtiyac yoxdur. Özünə və ətrafa qarşı dürüst ol yetər. Allah bizə fərqli seçimlər təklif edib. Zəkalı insanlar nəyin doğru və nəyin səhv olduğunu aydın sezərlər.

 

 Gələk sualın ikinci qisminə: Allahu-əkbər deyirəm, mən bunu deməklə Allahın zatında bir dəyişiklik olmur. Bunu nə desəm dəyişmir. Bunu milyon dəfə desən də, Allahın ucalığı nə azalmaz, nə də çoxalmaz. Allah onsuzda ən ucadır. Bunu insan övladının nəfsi ilə əlaqədər deyir. Axı, insanoğlunun təbiətində daha güclünün və daha qüdrətlinin təqibçisinə çevrilmək var. Məsələn, ananınız infarkt olur. Bir nəfər gəlir deyir ki, müalicə edərəm. Bir də dünyanın ən məşhur həkimi gəlir. Bu halda siz adi adamı dinləyərsiniz, yoxsa məşhur həkimi? Əlbəttə bütün insanlar ikinci seçimi edəcək. Çünki o məşhurdur və insanlar onu tanıyır və ona güvənirlər. Onda bizim namazda Allahu əkbər deməyimizin qayəsi nədir? Bunu deməyimizin Allaha bir faydası olmaz. Bunun yalnız bizə faydası vardır. Onu tərifləyiriksə, deməli, onun ardıcılıyıq. Ardıcılı olarsansa cənnətə gedərsən. Allah üçün deyil, özünə faydan toxunar. Bu çəkdiyi misallarla özünü ucaltmır, onsuzda ən uca odur. Allah Quranda deyir ki, Allahın sənə deyil, sənin Allaha ehtiyacın var (Fatir 15)

 

 

Bənzər Olanlar