Paylaş
Facebook Twitter Google+

Ayətullah Xamenei 8 martda qadınların vəziyyəti haqda mühüm mesajlar verib!

Ramal Əmiraslanov

2018-03-09 05:41:34 2513 Vilayət

“İndi reallıq budur ki, qərbin təqdim etdiyi qadın istehlakın nümayişi (reklamı) üçün, bəzəyin nümayişi, kişilər qarşısında özünü göstərmək və cilvə etmək üçün, kişi cinsinin cinsi və seksual həyəcanını artırmaq üçündür. Bundan başqa dedikləri başqa sözlər yalnız sözdür. Onların dediyi cinsi ədalət sözü kimi...”

 

İslaminSesi.info khamenei.ir-ə istinadla xəbər verir ki, bunu İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ötən gün Əhli-beyt məddahları və din xadimlərini qəbul edərkən deyib.

 

Məhəmməd peyğəmbərin (s) qızı, imamlar anası həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə baş tutan bu görüş 8 marta təsadüf edib. Ayətullah Xamenei mövlud münasibətilə islamın və qərb kapitalizminin qadına verdiyi dəyəri müqayisə edib.

 

Ayətullah Xamenei deyib:

 

“İslam qadınının qarşılığında ona verilən azğın bir nümunə var. Bu gün o yolunu azmış nümunə və ülgü qərbin təqdim etdiyi qadındır. Hazırda yaşadığımız dövrdə islam qadınında olan ülvi və imtiyazlı xüsusiyyətlərə önəm verilmək əvəzinə qərb qadını kişinin ləzzət alması üçün inhisarlanır sanki. Ona görə bu gün görürsünüz ki qərb qadınının özəlliyi onun lüt olmasıdır. Hətta rəsmi məclislərdə belə kişi bədənini tam tutursa (kostyum geyinmək) qadın gərək bədənini bacardığı qədər aşkarda qoysun. Qərbdə qədimi dövrlərdə belə deyildi bu son zamana (əsrlərə) aiddir. Bildiyimiz qədər 150-200 il öncə orada islam dediyi kimi örtük olmasa da indiki kimi qərb qadınında göründüyü tək üryanlıq, əxlaqsızlıq, sərbəstlik yox idi.

Qərb niyə bu siyasəti yürüdür?. Bunun səbələri haqda çox danışmaq olar. Amma indi reallıq budur ki, qərbin təqdim etdiyi qadın istehlakın nümayişi (reklamı) üçün, bəzək, kişilər qarşısında özünü göstərmək və cilvə etmək üçün, kişi cinsinin cinsi və seksual həyəcanını artırmaq üçündür. Bundan başqa dedikləri başqa sözlər yalnız sözdür. Onların dediyi cinsi ədalət sözü kimi...

Son zamanlarda siz yəqin eşitdiniz ki, qərbin mühüm məqamlara və postlara malik olan qadınları bir-birinin ardıyca kariera qurmaq ərəfəsində inzibati idarələrdə hansı cinsi zorakılıqlara məruz qaldıqlarını bildirdilər. Bu qadınlar qərbin adi deyil nisbətən tanınmış qadınlarıdırlar. Budur, İslam hicab vasitəsilə qadınların belə azğın yola getməsinin qarşısını alır. İslam hicabı qadının məhdudiyyətdə qalması vasitəsi deyil, toxunulmaz qalması vasitəsidir”|Islaminsesi

 

Bənzər Olanlar