Paylaş
Facebook Twitter Google+

Bəzi natiqlər deyir ki, biz siyasət adamı deyilik. Bu düzgün deyil!

Ramal Əmiraslanov

2016-09-18 18:43:19 10793 Vilayət
Müharibə iştirakçıları heyətinin mərkəzi qərargah rəisi Məhəmməd Hüseyn Nicat, Cənab Rəhbərlə görüş haqqında danışır...
 

 

Rəhbərin dini heyətlərə tövsiyələri (Dini heyət dini mərasimlərin keçirilməsi üçün dindarlar tərəfindən yaradılmış cəmiyyətdir)


Dini heyətlərin bir neçə xüsusiyyəti var. Bu xüsusiyyət onları başqalarından fərqləndirir. Birinci xüsusiyyət budur ki, bu heyətlər İslam və məsum imamlara (ə) aşiq xalq tərəfindən idarə olunur. Bu heyətlər Əhli-Beytə (ə) eşq mehvərində təşkil edilir. İkinci xüsusiyyət budur ki, bu heyətlərin xərcləri dövlət tərəfindən yox, xalq tərəfindən təmin olunur. 3-cü xüsusiyyət bu heyətlərdə xalq, ruhaniyyət və məddahların bir araya gəlməsidir. Xalq heyəti təşkil edir, onun xərcini ödəyir, ruhani Əhli-Beytlə (ə) tanışlıq və Əhli-Beytə (ə) məhəbbəti çatdırır, məddah bu məzmunu qəlb və ruhlara köçürən sənətkardır.


Dini heyətlər tarix boyu, xüsusi ilə İranda şiəlik dövründə İslam mədəniyyətini xalq arasında yayan əsas qurumdur. Cənab Rəhbər bu barədə buyurub: “Biz müsəlmanlar, xüsusi ilə şiələr elə bir imtiyaza malikik ki, başqa millətlərdə və dinlərdə bu imtiyaz bizdəki həddə deyil. Bu imtiyaz insanların üzbəüz dayandığı dini mərasimlərdir. Dünyanın başqa yerlərində və dinlərində belə mərasimlər nəzərə çarpmır. Əgər olsa da bu gücdə, bu genişlikdə, bu təsirdə və bu məzmunda deyil.”

Cənab Rəhbər Ayətullah Xameneinin dini heyətlərə tövsiyələri
(Cənab Rəhbərin dini heyətlərə ünvanlanmış tövsiyələrini 6 qrupa bölmək olar)

1. Heyət fəzası (atmosferi)
Məclisin atmosferi barədə Həzrət Ağanın nəzəri budur ki, burada məntiq və duyğu elementləri olmalıdır. Şiəlik hərəkatının əsasını güclü məntiq və dərin duyğular təşkil edir. Əgər məclisin məntiqi dəlilləri çox, emosional fəzası zəif olsa bu məclis cazibəli olmaz. İnsanlar həm məntiq, həm də emosional cazibəsi olan yerlərə üz tuturlar. Cənab Rəhbər həmişə məntiq və duyğuların əhəmiyyətini vurğulayıb. Ayətullah Xamenei buyurur: “Ümumi şiə hərəkatının əsasını güclü məntiqdən əlavə duyğular təşkil edir. Elə ilk gündən hazırkı vaxta qədər ağıl və düşüncənin kənarında eşq olub. Əql və eşqin mövcudluğu şiəliyi yaşadıb. Tarixdə baş vermiş təlatümləri nəzərə alsaq bu məktəb 100 dəfə səhnədən getməli idi. Amma güclü məntiq və dərin eşq ona həyat verib. Məntiq və eşq ayrı-ayrılıqda bu qədər təsirə malik deyil...”

2. Minbər
Cənab Rəhbər müharibə iştirakçılarının dini heyət fəalları ilə görüşdə minbərin əhəmiyyət və rolundan danışıb. Ayətullah Xamenei buyurub: “Dini heyətlər məktəb olmalıdır. Minbər qarşısında 10 məclis əyləşmiş insan hiss etməlidir ki, nə isə öyrənib. Məsələn anlayıb ki, Aşurada kimlər olub, nə üçün məsum imamın (ə) qarşısında cəbhə qurulub və imam şəhadətə yetirilib...” Cənab Rəhbər bu fikirdədir ki, Əzadarlıq sözün həqiqi mənasında məktəb olmalıdır. Həzrət Ağa qeyd edir ki, hazırda bu fəzanı xüsusi ilə heyətlərdə zəif görürük. Bu bizim yetərsiz işimizin nəticəsidir. Bir bu qədər əzadarlıq, mövlud və şəhadət mərasimləri keçirilir, xalq özü bu mərasimlərə qatılır. Bu çox böyük bir fürsətdir və bu fürsətlərdən istifadə edilməlidir.

3. Heyət sekulyar olmamalıdır
Ötən il müharibə iştirakçılarının mərkəzi qərargah üzvləri Cənab Rəhbərin görüşündə oldular. Bu məclisdə belə bir məsələyə toxunuldu ki, şairlər, natiqlər əzadarlıqlarda dövlət və xalqın problemlərindən də danışmalıdır. Məclislər bir növ xalqın bəsirətini artırmalıdır. Cənab Rəhbər öz söhbətində bu mövzuya toxunaraq buyurdu: “Burada cənab Nicatın işarə etdiyi mövzu əhəmiyyətə malikdir. Heyətlər sekulyar ola bilməz. Şiə məktəbində sekulyar dini heyət yoxdur. Hüseynə (ə) marağı olanın siyasi İslama marağı var. İslam haqq yolda cihad, şəhadət, fədakarlıq dinidir. Əzadarlıq mərasimində siyasi söhbətlərdən uzaq olmaq istəyi yanlışdır.”
Həzrət Ağa sözünün davamında buyurub: “Heyət o deyil ki, siyasətə müdaxilə etməsin. Bəzi natiqlər deyirlər ki, biz siyasət adamı deyilik. Bu düzgün deyil. Məsum imamların (ə) xüsusiyyətlərindən biri bu olub ki, Allah yolunda vuruşublar. Biz elə bir imam tanımırıq ki, mübarizə aparmamış olsun.”
Şiəliyin mühərrikini işə salan elə bu təlimlərdir. İslamın zühurundan 1300 il ötəndən sonra şiəlik bayrağı İslam torpaqlarında yenidən ucaldı. Bu hadisə məntəqə və dünya zorlularını qəzəbləndirdi. Biz inqilabdan öncə bu təlimlər əsasında mübarizə aparırdıq. Zalım rejim və hakimlərlə mübarizə minbərlərdən başladı. Mərhum İmam Xomeyni (r) inqilabdan öncə Aşura günü Feyziyyə mədrəsəsində minbərə qalxıb, üzünü şaha tutdu və ona nəsihət verdi. İmam buyurdu ki, sənin gedişinlə xalqın şükr etməsini, atan kimi olmağını istəmirəm. İmam Xomeyni (r) Aşura, Tasua, Ərbəin kimi günlərdən istifadə edib, zalım rejimə sözünü deyirdi. Budur siyasi heyət.

İnqilabın qələbəsindən sonra da bu tədbirlərdən istifadə edildi. Müqəddəs müharibə illərində insanlara şəhadət ruhiyyəsi verən bu ənənələr idi. Döyüşçülər başına “Ya Zəhra”, “Ya Hüseyn” kimi lentlər bağlayıb meydana gedirdilər. Onlar Hüseyn (ə) kimi şəhid olmaq arzusunda idilər.
Demək, heyətin əsas işlərindən biri yolu və məqsədləri tanıtdırmaqdır. Əzadarlıq mərasimlərində xalqa günün Hüseyni (ə) və günün Yezidinin kimliyi tanıtdırılmalıdır. Cənab Rəhbər buyurur: “Aşura hadisəsi təkcə tarixdə yer almış hadisə deyil. Hər dövrdə Yezidin yolunu gedənlər müəyyən edilməlidir. Bundan sonra həmin cəbhə qarşısında Hüseyn (ə) əqidəsinə malik cəbhə qurulmalıdır. Minbər insan tərbiyə etməli, düşüncə formalaşdırmalıdır. Rövzə, növhə, sinə vurmaq əzadarlıq atmosferini Hüseyn (ə) idealları ilə zənginləşdirməlidir.”

4. Məddah
Cənab Rəhbərin məddahlıqla bağlı ümumi fikri budur ki, şer məzmunlu, ifa sənətkarcasına olsa bunun təsiri minbərdən bir neçə dəfə artıqdır. Cənab Rəhbər dəfələrlə buyurub ki, məddah insanlarda mərifət yaratmalıdır. Məddahlıq qəlblərdə duyğu çeşmələri qaynatmaqdır. Şer və ifa sənətindən istifadə etməklə qəlblər duyğulandırılmalıdır.
Əgər Kərbəla haqqında danışılan dastan gözəl və hüznlü olsa eşidənlər təsirlənər. Bu gözəl dastanı teatr və ya film şəklində canlandıra bilsək daha təsirli olar. Məddah bir mövzunu səs və ifası ilə canlandıran sənətkar kimidir. Bu şəkildə təqdimat mövzunun təsirini gücləndirir. Cənab Rəhbər buyurur: “Məddahlıqda bir neçə sənət çeşməsi var: şeriniz sənətdir, səsiniz sənətdir, seçdiyiniz ahəng sənətdir, işarə və hərəkətləriniz sənətdir.” Buna görə deyirlər ki, məddahın gözəl şer oxuması, eləcə də sənətkarlıqla oxuması mühümdür.

5. Şerlər
Həzrət Ağa şer barədə buyurur ki, məqbul sayılan şerin bir neçə xüsusiyyəti olmalıdır. Cənab Rəhbər buyurur: “Şer möhkəm, güclü, məzmunlu, qənaətbəxş olmalıdır. Bəzən məddahın oxuduğu qəsidə bir minbərdən təsirli olur. Bəzən bir beyt şer bir kitabdan dəyərli olur. Bütün bunlar asanlıqla əldə edilmir. Xeyli zəhmət çəkmək, gözəl şer tapmaq, onu əzbərləmək və gözəl oxumaq lazımdır.”
Cənab Rəhbər buyurur ki, şerin məzmunu dini olmalıdır və təkcə gözəllik bəs etmir. Bəzən məddahın oxuduğu şerdən xoşumuz gəlir, amma baxanda görürsən ki, bu şerin dini məzmunu yoxdur. Dinləyicilər ağlasalar da maariflənmirlər. Rəhbər buyurur: “Şerlərdə uca İslam məfhumlarının olması zəruridir. Məsələn, tövhid və ya nübüvvət mövzusunda məfhumlar dəyərlidir. Çox dəyərli klassik şairlərimiz öz divan və məsnəvilərinin müqəddiməsində tövhid və nübüvvətə yer veriblər.”

6. Məddahlıqda üslub və ahəng
Məddahların viladət və şəhadət günləri oxduğu sürud və növhələrin üslub və ahənginə diqqət yetirilməlidir. Cənab Rəhbər buyurur ki, bu sahədə milli musiqidən istifadə olunmalıdır. Cənab Rəhbərin nəzərincə İran musiqisinin böyük hissəsi mərsiyə və məddahlıqdan götürülüb. Hazırda musiqiçilərin istifadə etdiyi ahənglərin böyük bir hissəsi qədim məddahlıqdan bəhrələnir. Məddahlar üsul və ahəng seçimində milli musiqiyə əhəmiyyət verməlidirlər. Cənab Rəhbər buyurur: “Biz qədimdə məşhur musiqiçilərdən eşitmişdik ki, əsil İran musiqisini növhəxanlar və şəbihxanlar yadda saxlayıb. Musiqinin nota köçürülülməsi ixtira edilmədiyi bir dövrdə məhz məddahlar öz zehnlərində qədim milli musiqini qoruya biliblər.”
Cənab Rəhbər buyurur ki, məddahlıqda Qərb musiqisini yamsılamaq yanlışdır. Rəhbər Qərb musiqisindən çəkinməyi tövsiyə edərək deyir: “Məddah Qərb musiqisini, özü də yanlış şəkildə yamsılamamalıdır. Bir ərəb xanəndənin nə vaxtsa Qərbdən götürdüyü musiqini məclislərimizə gətirə bilmərik. Təəssüf ki, inqilabdan qabaq da belə addımlar atılıb. Milli musiqinin də haram növü var. İran musiqisinin halalını tapmaq olar. İnqilabdan sonra vəziyyət bir qədər yaxşılaşıb. Bu gün məddahın Qərb üslubunu dini məclisə gətirməsi düzgün deyil.”


Cənab Rəhbər məddahlara tövsiyə edir ki, özləri musiqi bəstələsinlər. Bu qədər zövq və sənət olan yerdə şübhəsiz gözəl ahəng bəstələyənlər də var.

Cənab Rəhbərin imam Xomeyni (r) hüseyniyyəsindəki mərasimlə bağlı tövsiyəsi
Həzrət Ağa hüseniyyədəki məclislərlə bağlı bir neçə nöqtəyə işarə etdi. Buyurdu ki, insanlar adətən məclisdən bir-iki saat qabaq buraya toplanır. Tövsiyə olundu ki, vaxtın səmərəli keçməsi üçün xüsusi proqram tənzimlənməlidir. Cənab Rəhbərin katibliyi mübarək ramazan ayında günorta namazından bir saat qabaq üçün Quran qiraəti nəzərdə tutub. Məhərrəmlik və Fatimiyyə günlərində cənab Fəllahzadə azandan yarım saat qabaq gəlib şəri məsələlər danışır ki, məclisdəkilərin vaxtı səmərəli keçsin.
Cənab Rəhbər tövsiyə edir ki, məclislərdə faydalı kitablardan oxumaq yaxşı olardı. Məsələn müharibə xatirələri oxumaq səmərəlidir. Məclisdə kitab oxunması dinləyiciləri də buna sövq edə bilər. Cəmiyyətdə kitab oxumaq ənənəsi yoxdur. Biz də bu ənənə olmadığından məclislərdə kitaba yer vermirik./Vilayet.nur

Mgeo.ge

Bənzər Olanlar