Allahın Qurani Kərimdə qadağan etdiyi dostluq! | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Allahın Qurani Kərimdə qadağan etdiyi dostluq!

Ramal Əmiraslanov

2018-01-14 07:52:23 3463 Xəbər

Dostluq, yoldaşlıq həm fərdi, həm də bir içtimai məsələ olaraq Quranın, İslamın önəm verdiyi məsələlərdəndir.

İslaminSesi.info- Qurani Kərim özündə bir çox mətləbləri ehtiva edir. Amma cəmi bu mətləbləri 3 istiqamətdə, 3 mövzuda cəm etmək mümkündür:


Allahı tanıma
Aləmi tanıma (yaradılş)
İnsanı tanıma (özü ilə məşğul)

İnsanın özünü tanıması, özünə nəzarəti çox önəmli məsələdir. Əgər insan qeyd olunan bu 3-cü məsələyə diqqət etməsə digər ikisinin əhəmiyyəti onun üçün aradan gedər. Heç bir həddi gözləməyən insan “insan” deyil artıq. İnsan olaraq hər bir kəsin istər şəriət qarşısında, istər yaşadığı cəmiyyətin tələb və qanunları qarşısında öhdəlikləri vardır.

İnsana aid olan öhdəlik və tələblərdən biri də yoldaşlıq və münasibət qurduğu insanlarla əlaqələrini düzgün tənzimləməkdir. İnsan kimlərlə dostluq əlaqəsi qurmağına, kimlərlə hansı həddə yoldaşlıq etməyinə diqqət etməlidir. Çünki ətrafının insanda qoyduğu təsir inkar olunmaz bir reallıqdır.

Quran “Mumtəhinə” surəsinin 13-cü ayəsində buyurur: “Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!”

 

Tərcümədə qeyd olunmuş “dostluq” ifadəsi ərəbcə orjinalda “ تَتَوَلَّوْا “ (tətəvəlla) feli ilə verilib. Bu fel vəli ( ولی ) kəlməsindən alınıb. Vəli kləməsini bu ayədə iki mənada: dostluq və öndər mənasında başa düşmək olar.

İstər dost tutmaq, istərsə də özünə öndər seçmək mənasında olsun hər ikisi bu qadağaya uyğun gəlir. Hər iki halda Allah təala insanı bu kimi seçimdən çəkindirir. Allahın qəzəbinə səbəb olan əməl sahiblərindən uzaq olmağı, onlarla dostluq əlaqələri qurmamağı buyurur. Çünki dostluq etdiyin pis əməl sahibi olan insan təbii ki, səni də öz işlərinə ortaq edəcək, yaxud ən azı səndə pis işlərə qarşı meyl yaradacaq.

Dürüst olmayan birini özünə öndər, yol göstərən seçmək də bu cür mənfi nəticələr verəcək. Ayənin sonundakı hissə də bunu bir daha təsdiq edir.
Allahın qəzəbinə səbəb olan işlərə gəlincə təfsir kitablarında bir çox əməllər qeyd edilib ki, ümumi mənada hamısı Allaha üsyan, haram, gühah və küfr kimi dəyərləndirilir.

Qeyd edək ki, dostluq, yoldaşlıq həm fərdi, həm də bir içtimai məsələ olaraq Quranın, İslamın önəm verdiyi məsələlərdəndir və hər kəsdən də bu məsələyə diqqət etməsi gözlənilir./Yaşar Nuriyev

 

Bənzər Olanlar