Paylaş
Facebook Twitter Google+

Azərbaycan vətəndaşı Gürcüstanda narkotik əldə etmək və saxlamaq ittihamı ilə həbs olunub

Muslims in Georgia

2017-01-13 14:42:34 4607 Xəbərlər Ölkə

Gürcüstanın paytaxtı Tbilisidə iri həcmdə narkotik vasitələr əldə etmək və saxlamaq ittihamı ilə 23 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

 

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxsin kirayə qaldığı evdə axtarış aparılarkən tərkibində 21 qram heroin olan 33,42 qram narkotik vasitə götürüb. Bundan başqa, 4 kapsul “preqabalin” psixotrop maddəsi də aşkarlanıb.  
 

Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, əldə etmə, daşıma və satmaq maddəsi ilə cinayət  işi açılıb. Adı açıqlanmayan Azərbaycan vətəndaşını 3 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. 

Bənzər Olanlar