Paylaş
Facebook Twitter Google+

Tiflislə “Qazprom”un qaz müqaviləsi başa çatdı

Muslims in Georgia

2017-01-09 19:20:12 3689 Xəbərlər Ölkə

Tiflislə “Qazprom” arasında keçən il imzalanan müqavilənin müddəti dekabrın 31-də başa çatıb.

 

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Energetika nazirinin müavini Mariam Valişvili söyləyib. O, tərəflərin hələlik yeni müqavilə ilə bağlı razılıq əldə etmədiyini bildirib:

 

“Təbii qazın tranziti hazırda adi rejimdə həyata keçirilir. Yeni müqavilədə Gürcüstan maksimal nəticə əldə etmək istəyir. Maksimal nəticə tranzit dəyərinin ödənişinin bizim üçün sərf edən formada olan monetizasiyası və ya keçənilki müqavilənin şərtlərinin təkrarlanması ola bilər. Hələlik “Qazprom”la görüşün nə vaxt olacağı bilinmir, amma bu, tezliklə baş verəcək”.

 

Qeyd edək ki, Tiflislə “Qazprom” arasında son görüş dekabrın 23-ü baş tutub. Görüşdə heç bir nəticə əldə edilməyib.

 

Gürcüstan hazırda rus qazının öz ərazisindən Ermənistana tranziti qarşılığında ümumi həcmin 10%-ni əldə edir.

 

Bənzər Olanlar