Paylaş
Facebook Twitter Google+

Gürcüstanda güclü dolu fəsadlar törədib

Muslims in Georgia

2017-06-10 21:08:36 5717 Xəbərlər Ölkə

Gürcüstanda bölgələrə düşən güclü dolu fəsadlar törədib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, güclü küləyin müşayiəti ilə yağan dolu Rustavi maşın bazarında avtomobilləri zədələyib.

 

Güclü dolu paytaxt Tiflis şəhərinə, Saqareco, Kaxeti və digər bölgələrə də ziyan vurub. Kaxeti bölgəsinə düşən dolu üzüm və qarğıdalı sahələrindəki məhsulları ciddi zədələyib. Güclü küləyin müşayiəti ilə yağan dolu Rustavi maşın bazarında avtomobilləri zədələyib.

 

Geoloqlar isə güclü yağışdan sonra Tsxneti-Axaldabani yolunda sürüşmə baş verdiyini qeyd ediblər.

 

Məlumata görə, Gürcüstanda soydaşlarımızın yaşadığı bölgələrə də küləklə müşayiət olunan yağış yağıb.

 

Sinoptiklər iyunun 12-13-də havaların yağışlı keçəcəyini, iyunun 14-də isə hava şəraitinin qeyri-sabit olacağını bildiriblər.

Bənzər Olanlar